ish

İş yerində yol verilən kobud səhvlər

Baxış sayı: 1. 081

Nə qədər istedadlı olsanız da, bir çox nailiyyətə imza atsanız da bir neçə davranış modeli var ki, sizi insanların gözündən sala bilər. İş yerində nələri etmək olmaz?

“Gencaile.az” saytı hər vəchlə qaçmalı olduğunuz 9 davranış tipinin siyahısını təqdim edir:

 

Arxadan zərbə endirmək

Qəsdən və ya istəmədən həmkarlarınıza arxadan zərbə vuranda iş yerində mübahisələrə səbəb olur. Çox vaxt insanlar problemlərini həll etmək üçün başqasını satmağa, zərbə altında qoymağa hazırdırlar. Və hər şey ortaya çıxanda çox ciddi bir qarşıdurma yaranır.

 

Qeybət etmək

Başqası haqqında dedi-qodu yayan biri kənardan çox pis görünür. Kiminsə səhvini müzakirə etmək və ya onu qınamaq həmin insandan daha çox sizin haqqınızda mənfi rəy formalaşdırır. Yadda saxlayın, başqaları barədə danışdığınız şeylər hər şeydən əvvəl sizi bir şəxsiyyət olaraq xarakterizə edir.

 

Başqalarının fikirlərini oğurlamaq

Kiminsə ideyamızı oğurladığını biləndə hamımız narahatlıq keçiririk. Başqalarının nailiyyətlərini, hətta ən kiçiklərini belə mənimsədikdə ətrafınızda özünüzün heç bir şeyə qadir olmadığınız təəssüratını formalaşdırırsınız. Bu hərəkətlə komandanıza və iş münasibətlərinizə hörmətsizlik göstərirsiniz.

 

Digər insanlara emosional təzyiq göstərmək

Ətrafa əşyalar atan, qışqıran, başqalarını ağladan, ümumiyyətlə, kollektivə mənfi təsir göstərən insanlara tez-tez rast gəlinir. Belə davranış aşağı emosional intellektə dəlalət edir. Emosional qeyri-sabitlik işçinin etibarlılığını kölgə altına salır. Hisslərini cilovlamaq bacarığı, özünənəzarət çox vacib keyfiyyətlərdir. Ətrafınızdakılardan biri sizin xətrinizə dəyməyə çalışdıqda sizi deyil, özünü alçaltmış olur.

 

İşi sevmədiyini car çəkmək

İş yerində insanların eşitmək istədiyi ən son şey kiminsə işə necə nifrət etdiyini eşitməkdir. Bu, işçiyə şərəf gətirmir, üstəlik kollektivin motivasiyasını da aşağı salır. İş axtaran, peşəsini sevən çox insan var, odur ki, rəhbərlər bu tip neqativ insanları uzun müddət ştatda saxlamırlar.

 

Lovğalanmaq

Əgər siz qarşınıza məqsəd qoymağı və ona lovğalanmadan nail olmağı bacarırsınızsa, öz intellektinizi təsdiq etmiş olursunuz. Çünki hər hansı bir hədəfinə çatıb öyünən insan özü haqqında elə fikir yaradır ki, uğur onun üçün qeyri-adi bir şeydir.

 

Yalan danışmaq

Əksər hallarda yalan xeyirxah məqsədlərlə başlanır: kimsə sadəcə özünü və ya digərini qorumaq istəyir. Lakin nəzərə alın ki, yalan sarmaşıq kimidir, böyüyüb genişlənə bilir. Hər kəs öyrəndikdə isə geriyə yol olmur. Olduğunuz kimi xoşbəxt olmaq istəyirsinizsə, yalan danışmayın.

 

İş yerinə həddən artıq “ətirli” yemək gətirmək

Əgər gəmidə işləmirsinizsə, yeməyinizin qoxusu ofisə yayılanda həmkarların buna etiraz etməyə tam haqqı çatır. İyi yayılan istənilən yemək evdə qalmalıdır. Çünki bu cür hərəkət iş yoldaşlarınıza elə görünə bilər ki, onlara hörmət etmirsiniz. Nəticədə münaqişə vəziyyəti yaranar. Odur ki, cüzi bir şeyə görə gərginlik yaratmağa dəyməz.

 

Körpüləri yandırmaq

Peşəkar sferada çox insan mövcuddur. Hər hansı işgüzar münasibətinizə atom bombası atmağı düşünürsünüzsə, əmin olun ki, yanlış yoldasınız. Məsələn, vaxtında xəbərdarlıq etmədən işdən ayrılmaq sizin nüfuzunuzu zədələyə bilər. Belə ki, qəfil işdən çıxmaqla sizin yerinizə işçi tapmaq problemi yaradırsınız. Yeni əməkdaş gələnə qədər isə yük yerdə qalan işçilərin boynuna düşür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir