office-worker-computer-screen-keyboard-ergonomics

İş yerləri üçün xüsusi “Facebook”

Baxış sayı: 1. 859

Facebook sosial şəbəkəsi iş yerləri üçün xüsusi olaraq “Facebook at Work” adlı sistemi təqdim edib.

Trend-in Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata əsasən, şirkətlər “Facebook at Work” sayəsində “Facebook”u öz ehtiyaclarına uyğun dəyişdirə biləcəklər.

İnterfeysdə şirkətlərin loqoları yer alacaq. Yeni əlavədə heç bir reklam yerləşdirilməyəcək.

Təhlükəsiz və məxfi olacaq bu sistem sayəsində işçilər arasında paylaşılan məlumatları yalnız həmin şirkətin əməkdaşları görə biləcək.

“Facebook at Work” iOS və “Android” sistemlərini dəstəkləyən cihazlar üçün nəzərdə tutulub




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir