iden cixmaq

İşdən çıxarılmağa dair 8 işarə və bunun qarşısını almağın yolları

Baxış sayı: 1. 328

İşdən çıxarılma təhlükəsi yaşayırsızsa və artıq buna dair bəzi siqnallar almısınızsa, demək özünüzü sığortalamağın vaxtı gəldi. İşsizliyin böhran halı aldığı bu dövrdə ətrafında dost-tanışlarının işdən çıxarıldığını görən hər kəs “görəsən növbə mənə də çatacaq?”, – deyə düşünərək qorxuya düşür. Beləliklə, istinadən işdən çıxarılmağa dair 8 işarə və bunun qarşısını almağın yolları haqqında tövsiyələri təqdim edirik.

 

Şirkətiniz satıldısa, “heç kim işdən çıxarılmayacaq” sözünə inanmayın. Kartlar mütləq qarışdırılacaq. Kartınızı möhkəm tutub şirkətə faydanızı yaxşı anladın.

Maaşlar gecikirsə, qonorarlar kəsildisə, deməli, təhlükə var. Öz keçmişinizi kənarda hazır tutun, yeni müdirin siyasətinə ürəkdən razı olduğunuzu göstərin.

İş yoldaşlarınız işdən çıxarılırsa, sıranın sizə gəlməyəcəyini düşünərək saf olmayın.

Artıq mühüm məsələlərin müzakirə olunduğu iclaslara dəvət olunmursuzsa, iş axtarmağa başlayın.

Müdirinizlə yaxş yola getmirsizsə, işdən birini çıxarmaq lazım olduğunda ilk olaraq sizi düşünəcək. Başqa bölümə keçin.

Sizə boş işlərin həlli tapşırıldısa, sizin əməyinizə dəyər verilmir demək. Kimsənin etmək istəmədiyi işləri görməyə könüllü olun.

Layihələriniz təxirə salınır, ya ləğv olunursa, bu, işdən çıxarılacağınızına böyük işarədir. Bacara biləcəyiniz layihələr təyin edin və bacarıqlı olduğunuzu göstərin.

Şirkət sizin işiniz üçün birini axtarırsa, demək işiniz təhlükədədir. Yox, əgər personalı artırmaq istəyirsə, problem yoxdur.

Ehtiyatlı olun, yeni işə götürülən işçiyə nələrisə öyrətmək sizdən istənilə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir