İşdə birsaatlıq yuxu

Baxış sayı: 1. 610

İşdə yatmağın bir sıra xeyri varmış. Miçiqan Universitetinin psixoloqları bu qənaətə uzun müddət apardıqları müşahidə və tədqiqatın nəticəsində gəliblər. “Personality and İndividual Differences” jurnalında dərc olunan araşdırmaya görə, təhqiqatlara 18-50 yaş arasında 40 nəfər cəlb olunub.

Nahar fasiləsində yatmaq təklif edilən könüllülərin müəyyən hissəsi bir saat ərzində rahatlıq gətirən videoçarxlara baxıblar, qalanları isə sakit şəraitdə yata biliblər. Sonra sınaqdan keçirilənlərin intellekti və iş qabiliyyəti yoxlanılıb. Bir saatlıq yuxudan sonra dincələn adamlar onlarda gərginliyin zəiflədiyini, daxili qüvvənin oyandığını və işləmək arzusu yarandığını bildiriblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir