1 (1)

İşə yeni qəbul olunmuş 180 nəfər gənclə görüş keçirilib

Baxış sayı: 461

Fevralın 19-da “Azərikimya” İstehsalat Birliyinin akt  zalında ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzini müxtəlif peşələr – elektrik qaz qaynaqçısı, kompressor qurğusu maşinisti, aparatçı, elektrik ava­dan­lıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilin­gər, tornaçı, təmirçi-çilingər peşələri üzrə bitirərək Birliyin Etilen-polietilen zavodunda və Təmir-tikinti İdarə­sində neftçilər ailəsinin bərabərhüquqlu üzvü kimi sərbəst əmək fəaliyyətinə başlamış 180 nəfər gənclə növbəti görüş keçirilmişdir.

Görüşü “Azərikimya” İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnolo­giyaları üzrə müavini Xalıq Mustafayev açaraq tədbirin mahiyyəti haqqında məlumat vermiş, bu qəbildən olan tədbirlərin gənclərin istək və arzularının simullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Etilen-polietlen zavodunun baş mühəndisi Adil Cəfərov və Təmir-tikinti İdarə­sinin rəisi Zahir Abdullayev rəhbərlik etdikləri müəssisələrdə ixtisaslı gənc fəhlə kadrların fəaliyyət istiqamətləri haqqında iştirakçıları məlumatlandırmışlar.  Qeyd olunmuşdur ki, bu gün əməkçilərin iş və məişət şəraitinin yaxşılaşdırılması, istehsalatda onların əmə­yi­nin və sağlamlığının müha­fizəsi, təhlükə­sizlik­lərinin təmin edilməsi “Azərikimya” İB-nin prioritet məsələlərindəndir. İşə qəbul olunmuş bütün işçılərlə əmək müqaviləsi bağla­nılmış, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılmışlar. ARDNŞ-in tibbi sığorta və Birliyin sosial proqramı çərçivəsində sığorta­lanan hər bir işçi həmin sığorta müqaviləsi və kartları üzrə respublikamızın müxtəlif şəhərlərindəki 40-a yaxın ixtisaslaş­dırıl­mış klinikala­rında, o cümlədən Sum­qayıtın dörd sağlamlıq ocağında is­tənilən vaxt heç bir məhdu­diyyət olmadan pulsuz müalicə olunmaq imkanı qazanmışdır.

Fikir mübadiləsi və diskusiya şəraitində keçən görüşdə gənclər çalışdıqları dövr ərzində onlara yaradılmış normal iş və əmək şəraitindən, göstərilən diqqət və qayğıdan danışmış, istək və arzularını ifadə etmişlər.

Gənc kadrların qaldırdıqları məsələlərə, eyni zamanda mətbuat nümayəndələrinin ünvanladığı bir sıra suallara “Azərikimya” İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnolo­giyaları üzrə müavini Xalıq Mustafayev, Əməyin mühafizəsi və ətraf mühitin qorun­ması üzrə müavini Vuqar Kərimov, Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov, Etilen-polietlen zavodunun baş mühəndisi Adil Cəfərov, Təmir-tikinti İdarəsinin rəisi Zahir Abdullayev və digər məsul şəxslər aydınlıq gətirmişdir.

8 15




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir