geyim

İşgüzar görkəmdə buraxılan 10 səhv

Baxış sayı: 1. 613

Bəzən iş rejiminiz “cəhənnəmi” əvəz etsə də, görkəminizə mütləq diqqət yetirməlisiniz. Kişilərin işgüzar görkəmlərində buraxdıqları səhvlər bu yazımızda.

 

1. Bel çantası (pюкзак)
Unutmayın ki, siz karyera pilləkənlərini qalxmağa çalışırsınız, dağa yox. Çalışın bel çantasını daha klassik ya da ən azından “messenger bag” tipli çantalarla əvəzləyin. Yox əgər idman çantası sizin üçün vacibdir isə, bu zaman daha bahalı və şık görkəmli çantaya müraciət etməlisiniz.

 

2. Rəng çoxluğu və ya qışqıran rənglər
Rəng çoxluğu yalnız kinoaktyorlarda yaxşı görsənir. Siz isə maksimum 3 rəngdən istifadə etsəniz yaxşı olar.

 

3. Çirkli və ləkəli geyim
Köynəyiniz təmiz olmalıdır. Hər gün geyindiyiniz zaman geyiminizi yoxlayın. Əks halda səliqəsiz görkəmi təmin etmiş olacaqsınız.

 

4. Yaxşı oturmayan şalvar
Hətta öz ölçülərinizi dəqiq bilirsiniz isə belə, mütləq geyim alan zaman onu geyinib yoxlamaq lazimdir. Qısa, dar, və çox boş şalvarlar ofisə yaramır. Cins şalvar dabana qədər çatmalıdır, klassik şalvarlar isə biraz uzun ola bilər.

 

5. Uzun saçlar
Siz sehirbaz və ya rok-ulduz deyilsiniz. Əgər yenə də kəsdirmək istəmirsiniz isə, uzun saçları da səliqəli yığmaq olar. Saçlar həmişə təmiz olmalıdır, kəpək olmamalıdır və yaxşı olar ki, uzunluğu maksimum çiyinə qədər olsun.

 

6. Qışqıran rəngli qalstuk
İmicmeykerlər məsləhət bilir ki, qalstukun rəgi ofis üçün köynəyin rəngi ilə ahəng olmalıdır və onlar daha çox klassik tipli olmalıdırlar.

 

7. Odekolonun tünd iyi
Mütləq keyfiyyətli odekolonlardan istifadə edin. Ucuz iylər sizi bəzəməyəcək. Ayrı-ayrı iyləri qarışdarmasanız yaxşı olar. Çoxlu istifadə də yol verilməzdir. Hər şeyin azı yaxşıdır.

 

8. Saqqal
Əgər siz saqqal və bığ saxlayırsınız isə onlara mütləq qulluq etməlisiniz. Vaxtında bərbərə getməli və ya özünüz kəsdirməli və forma verməlisiniz. Qulaqda və burunda olan tüklər mütləq götürülməlidir.

 

9. Aksessuar çoxluğu
Sadə klassik saat və bir də üzük. Bu iki aksessuar iş üçün kifayətdir.

 

10. Saç düzümü
Əgər keçəliniz varsa, onu digər saçlarınızın hesabına örtməyə çalışmayın, daha da gülünc görsənəcəksiniz. Yaxşı olar ki, saçınızı qısa kəsəsiniz, əgər keçəliniz çoxdursa, ümumiyyətlə sıfır ilə qırxdırasınız.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir