makiyaj

İşgüzar xanımların makiyaj çantanızda hansı vasitələr olmalıdır?

Baxış sayı: 1. 073

Xanımların qüsursuz görünmələri üçün istifadə etdikləri vasitələrdən biri olan makiyaj işgüzar xanımların da həyatında mühüm yer tutur.  Son dəqiqə baş tutacaq görüşlərdən öncə xarici görünüşü səhmana salmağımız üçün makiyaj  çantası əvəzolunmaz köməkçimizdir. Yanaqlarınızda bir qədər ənlik, kirpiklərinizə əlavə qat tuş çəkməklə yorğun görüntüdən əsər-əlamət qalmayacaq. Bəs gərgin iş zamanı belə gözəl görünmək üçün makiyaj çantanızda hansı vasitələr olmalıdır?

 

Rəngli nəmləndiricilər

Bu vasitələrdən istifadə həm üz dərisini nəmləndirir, həm də ona müəyyən qədər ton verir. Rəngli nəmləndiricilər yüngül olduğuna görə üzdə maska varmış kimi hiss yaratmır.

 

Örtücü kremlər

Örtücü kremlər kompüter arxasında çox vaxt keçirdikdən sonra hər hansı ziyafətə getdiyiniz zaman istifadə oluna bilər. Onlar ləkələri, qara nöqtələri və ya üzdə olan digər problemləri gizlətmək üçün ideal vasitə hesab olunur.

 

Maskara

Maskara çəkilmiş kirpiklər gözlərin vizual olaraq daha geniş görünməsinə səbəb olur. Hətta digər makiyaj vasitələrindən istifadə edilməsə belə, yalnız tuş çəkməklə tam fərqli görüntü əldə etmək mümkündür.

 

3-ü 1-ində palet

Haylayter, bronzer və ənlikdən ibarət paletlər işgünlərində xanımların işini xeyli rahatlaşdırır. Beləki, bu vasitələri ayrı-ayrılıqda makiyaj çantasına yığmaqdansa, 3-ü 1-ində paletlərdən istifadə etmək tövsiyə olunur.

 

Dodaq boyası

“Nude” və ya çəhrayı rəng olmasından asılı olmayaraq, dodaq boyasından istifadə görünüşə canlılıq qatır. İş zamanı qırmızı kimi parlaq rənglərdən istifadə tövsiyyə olunmasa da, pastel tonlarda dodaq boyalarından istifadə edərək xoşagələn görünüş əldə edilə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir