is

İşində nömrə bir olmaq istəyənlər oxusun – FAYDALI MƏSLƏHƏT

Baxış sayı: 1. 247

“What the Most Succesful People Do Before Breakfast”  kitabının yazarı Laura Vanderkam “Nəsə ediləcəksə, ilk iş olaraq o edilməlidir”, – deyir.

İşində hər zaman bacarıqlı olan, şanslı insanlar səhər yeməyindən əvvəl nələr edir?

Vanderkamın 20 məşhur iş adamı ilə apardığı sorğunun nəticələrinə görə, bu bacarıqlı idarəçilərin 90 faizi həftə içi hər səhər 6-dan gec olmayaraq yuxudan oyanır.

Pepsi-nin baş icraçısı İndra Noyi hər səhər yuxudan 4-də oyanır və hər səhər 7-dən əvvəl ofisə gedir.

Disneyin baş icraçısı Bob İger saat 04:30-da oyanıb mütaliə edir.

Bacarıqlı iş adamlarının çoxu günə səhər idmanı etməklə  başlayırlar. Squarenin baş icraçısı Jak Darsey 05:30-da oyanaraq qaçışa gedir. Xeroksun rəhbəri Ursula Böns hər səhər 1 saatlıq gəzintiyə çıxır. Christies-in başçısı Steve Mörfi günə yoqa ilə başlayır.

Vanderkamın dediyinə görə, bu bacarıqlı idarəçilərin ağır iş gününə rəğmən idmana vaxt tapması onlar üçün əhəmiyyətlidir. Günün ilk saatlarında bəzi işləri, sənədləri gözdən keçirirlər. Əgər gün ərzində çox görüləsi işləri varsa,  işə getmədən əvvəl erkən saatlarda hobbiləri ilə məşğul olurlar.

Bacarıqlı insanlar həyat yoldaşı ilə xoş bir səhər yeməyini üstün tuturlar. Onların çoxu hər günün xəbər başlıqlarını səhər yeməyindən əvvəl incələyir.

Səhər yeməyi süfrəsində ailəsi ilə birgə xoş an keçirmək.

Səhərlər qəhvə içməyi yeni insanlarla tanışlıq üçün ayırmaq.

Başını dincəltmək üçün meditasiya etmək.

Səhərlər gün ərzində edəcəyi şeyləri planlaşdırmaq.

Oyanan kimi e-mail qutusunu incələyib vaciblərini cavablandırmaq.

Bunlar işə açıq zehinlə gedib vacib işlərinizi həll etmək üçün faydalı olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir