qadin

İşinizi asanlaşdıracaq 5 gözəllik hiyləsi

Baxış sayı: 1. 585

Məlumdur ki, biz qadınlar gözəl olmaq üçün əlimizdən gələn hər şeyi edirik. Gözəllik və qulluq vasitələrinə yatırım edərkən digər tərəfdən də, kiçik hiylələri unutmuruq. Bu dəfə, xanımlar, sizinlə işinizi asanlaşdıracaq gözəllik hiylələrini paylaşmaq istədik.

Zəfəranla ağaran dişlər

1 x.q. hindqozu yağı və zəfəranı kiçik bir kasada məcun halına gələnə qədər qarışdırın. Sonra diş fırçanızın üzərinə qoyub dişlərinizi fırçalayın. Zəfəranın sarısının getməsi üçün ağzınızı 3-4 dəfə su ilə qarqara edin. Zəfəran dişlərinizdə yaranan sarı ləkələri yox etməkdə sizə kömək edəcək.

Tuş ləkələri üçün nəmləndirici

Tuşunuzu çəkdikdək sonra göz ətrafınızda ləkələr yaranırsa bunun üçün barmaqlarınıza ehtiyac yoxdur. Barmaqlarınızın əvəzinə qulaq təmizləyən çubuğu

nəmləndirici üz kreminə batırıb həmin ləkələri təmizləyə bilərsiniz. Çünki barmaqlarınız ləkələri təmizləmək əvəzinə göz ətrafınızdakı nazik dərini zədələyə bilir, qırışlar daha sürətlə inkişaf edir.

Qara göz ətrafını cəfərilə düzəltmək

Bir kasaya doğranmış cəfərini əlavə edin və bir qaşıql suyu çıxana qədər əzin. Sona suyu çıxan cəfərinin içinə 1 x.q. isti su ya da ki, qatıq əlavə edin. Qarışım soyuduqdan sonra iki ədəd makiyaj pambığını məhlula batırın, gözlərinizin üstün qoyub 10 dəqiqə saxlayın. Bu maskanı həftədə 2 ya da ayda 1 dəfə edin.

Düzgün dodaq boyası çalarını tapmaq

İstədiyiniz dodaq boyasını örtücü ilə dərinizin rənginə uyğunlaşdıra bilərsiniz. Bunun üçün sadəcə örtücünü bir qat şəkildə dodaqlarınıza çəkin və dodaq boyasını da tətbiq edin. Beləliklə də, həm istədiyiniz rəng dodaq boyasını dodaqlarınızda görə biləcəksiniz, həm də dodaq boyasını dəri rənginizə uyğunlaşdıra biləcəksiniz.

Saç qurudan fenlə daha qıvrım kipriklər

Daha sıx kipriklər üçün kiprik qaldıran alətinizlə onları qaldırın. Bu alət kipriklərinizdə olarkən feni aşağı dərəcədə onlara tərəf tutun, 15 saniyə aləti kipriklərinizdə saxlayın və çıxarın. Sonra tuşunuzu çəkə bilərsiniz. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir