makiyaj

İşinizi asanlaşdıracaq 7 makiyaj tövsiyəsi

Baxış sayı: 1. 475

– Öz qaş tonunuzu müəyyən edin

Artıq incə və çərçivəyə alınmış, gözə çarpan qaşların dəbi keçib. Bir çox insan təbii görünən, daranmış qaşlara üstünlük verir.  Qaşlarınızın əllə çəkilmiş kimi  görünməməsi üçün təbii qaş rənginizə uyğun tonda məhsullar seçin. Əgər əsmər bənizlisinizsə, qaşlarınızı əsla qara məhsullarla boyamayın. Boz tonlardan istifadə edə bilərsiniz.

 

– Daha həcmli kirpiklər üçün tuş tətbiq etməzdən əvvəl uşaq pudrası çəkin  

Kirpiklərinizin daha həcmli görünməsini istəyirsinizsə, tuş tətbiq etməzdən əvvəl və ya bir qat tuş çəkdikdən sonra uşaq pudrasını pambıqlı çubuq vasitəsilə kirpiklərinizə çəkə bilərsiniz. Bir qat tuş çəkdikdən sonra pudranı tətbiq edib, ikinci dəfə tuş çəkməlisiniz. Bundan başqa, kirpikləriniz seyrəkdirsə, kirpik diblərinizi qara qələmlə doldurmağı unutmayın.

 

   – Tonal kreminizin rəngini nəmləndirici krem ilə aça bilərsiniz  

Makiyaj edərkən əlinizə həmişə istifadə etdiyinizdən daha az miqdarda tonal krem alın, evinizdə olan dərinizə uyğun bir nəmləndirici kremlə qarışdırın. Nəmləndiricinin miqdarını tonal kremin rəngini açmaq istədiyniz qədər artıra bilərsiniz.

 

– Yorğun və ya yuxusuz olduğunuz zamanlarda alt kirpiklərinizə tuş tətbiq etəmyin!  

Alt kirpiklərə çəkilən tuş gün əzrzində yayılaraq yorğun və yuxusuz olduğumuzda göz altında yaranan halqaları daha gözə çarpan edir. Bundan, başqa daha yaşlı göstərir.

 

– Dodaqlarınıza nanə yağı çəkərək daha dolğun görünməsini təmin edə bilərsiniz  

İstifadə etməzdən əvvəl biləyinizdə yoxlayaraq allergiyanız olub, olmadığını mütləq müəyyən edin.

 

– Bütün üzünüzə deyil, sadecə yağlı görünən hissələrə pudra tətbiq edin

Pudra dərini matlaşdıran xüsusiyyəti ilə daha solğun və yaşlı görünməyinizə səbəb ola bilər. Dərinizin sağlam görünməsi üçün yalnız çox yağlı görünən hissələrə pudra tətbiq edə bilərsiniz.

 

– Qurumuş tuşunuzu ağzı bağlı şəkildə isti suda saxlaya bilərsiniz  

Gözlərin gözəlliyi üçün makiyaj vasitələrinin ən vacibi sayılan tuş quruduğu zaman isti suda saxlamaq işə yarayan üsullardandır. İsti suda yumuşaltdıqdan sonra tuşun içərisinə nəmləndirici krem əlavə etməklə daha ideal tətbiq edilən bir tuşa sahib ola bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir