teker1

Işlənmiş təkər almamaq üçün 2 SƏBƏB

Baxış sayı: 1. 318

Bu gün Azərbaycanda işlənmiş, köhnə təkərlər yeni təkərlərdən daha dəbdədirlər. Bəli, bu maddi durumla və qiymət fərqinə görə belədir. Dünyanın inkişaf etmiş ölkələri torpaqlarında olan tullantı təkərləri çıxartmaq üçün onu əldə edənlərə pul belə ödəməyə hazırdırlar. Bəs işlənmiş təkərlərin təhlükəsi nədən ibarətdir?

 

İşlənmiş (Istismar müddəti bitmiş ) təkərlərlə bağlı 2 əsas fakta diqqət edək.

İlk olaraq “yol hərəkəti haqqında” qanun 1 saylı ƏLAVƏ-də şinlər üçün ayrıca bəndə diqqıt edək.

 

Nəqliyyat vasitələrinin istismarının qadagan edilmasinə səbəb olan nasazliglarən siyahisi:

 

Təkər ve Şinlər.

1) Minik avtomobilləri şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 mm-dən az olduqda.

2) Şinlərdə kordun çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması, protektorun və şinin yan rejiminin qopması kimi yerli zədələr (yarıq, kəsik, qırıq) olduqda.

4) Şinlər ölçüsünə və ya yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə.

5)  Minik avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geydirildikdə.

 

Bu hallar yaşanarsa avtomobilin istismarı, yəni yola çıxması qadağandır. Bu qanun dunyanın demək olar ki, bütün ölkələrində bu veya digər şekildə mövcuddur. Lakin şərtlərindən asılı olmayaraq, bütün təkər istehsalçıları minik avtomobil təkərlərinin aşınma indikatorunu 1,6mm – 3mm-dək səviyyədə işarələyirlər.

Bu isə o deməkdir ki, protektorun qalıq dərinliyi texminən 2 mm-dən az olan tekerler ‘təhlükəli” zonaya aid olur ve onların istifadəsi qadağan olunur. Istifadəsi qanunla qadağan olunan avtomobil  təkərləri “sənaye tullantıları” hesab edilir.

 

Diqqət! Yeni şin ilə, protektorunun qaliq dərinliyi 1.6mm olan şinin əyləc məsafəsi arasındaki fərq 2 dəfədən artıqdir. Yəni, analoji müqayisə şəraitində , avtomobilinizin yeni şin ilə əyləc məsafesi 10-m dirsə, digər şinlə 20-m den artıq olacaq.

Azərbaycan Respublikasinda qeydiyyatda olan və ölkə ərazisində hərəkət edən nəqliyyat vasitələri hər il təxminən 1.000.000 ədəd avtomobil şini istifadə edərək tullantıya çevirir. Nəzərə alsaq ki, ölkəmizde avtomobil şinlərinin təkrar emalı ilə meşğul olan sənaye subyektləri mövcud deyil, bu sebəbdən bu qeder böyük sayda təkər ölkə ərazisində tullantıya çevrilir.

Təsəvvür edin! Hər il bir milyon ədəd zərərli kimyəvi tullantı olan –  təkər!

Bu qədər tullantının əhatə etdiyi torpaq sahəsini belə təsəvvür etmək qorxuncdur. Bundan əlavə, təkər öz quruluşuna görə, yağıntılar zamani işerisine dolmus suyu dəmak olar ki, heç zaman xaric edə bilmir. Bu isə o deməkdir ki, bir terefden coxlu sayda tullantı təkərlərin toplantiği sahələr, gəmiricilərin və heşeratların sevimli məkanına çevrilərək, yoluxucu xəstəliklərin mənbəyi rolunu oynayır, digər tərəfden təkər neft-kimya qarışığı olduğundan tezalışan və yanici maddədir və oddan təhlükəlidir.

Avtomobil şinlərinin açiq hava şəraitində bioloji olaraq torpağa qarışmasə üçün təxminən 120 il vaxt lazımdır. Indi isə müsteqilliyimiz dövrü ərzində Azərbaycan ekologiyasına dəyən zərərin miqyasını düşünək.

Öz tullantılarımız azmiş kimi, ölkəmizin ərazisi, digər ölkələrin də zererli kimyəvi tullantılarının meydançasına çevrilir! Bizim üçün nə əsasdır: pul, yoxsa təhlükəsizlik?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir