yumurta

Ispanaqlı yumurtanın – HAZIRLANMA QAYDASI – “Yeməyə nə var?”

Baxış sayı: 151

Vitaminlə zəngin ispanaq ən faydalı sulu yeməklərdən biridir. Amma ispanağı fərqli ləzzətlərlə qarışdırıb bişirdikdə də çox faydalı olur. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında sizə ispanaqlı yumurta reseptini təqdim edirik.

Qeyd edək ki, uşaqların çox da çox sevmədiyi ispanaq artıq onların belə yemək üçün can atdığı bir xörəyə çevriləcək. Ispanaqlı yumurta həm tərkibindəki vitamin və zülal, həm də dadıyla süfrələrinizin bəzəyi olacaq.

 

Tərkibi:

2 ədəd yumurta

4 ədəd orta boy soğan

100 qr. qaynadılmış ispanaq

Yarım çay qaşığı qara bibər,

1 çay qaşığı duz

1 yemək qaşığı kərə yağı

2 yemək qaşığı su

 

Hazırlanması:

Orta boylu tavada yağ əridir. Soğan çox incə doğranır və yağa əlavə edilib bir az qızarana qədər qovrulur.

Daha sonra üzərinə ispanağı qoyub soğanlarla birlikdə qovurun. Duzu və qara bibəri əlavə edin. Ispanaqlar qovrulduqdan sonra kiçik boy başqa bir tavaya boşaldın və suyu əlavə edin. Sarılarını pozmamağa cəhd edərək 2 ədəd yumurtanı ispanaqların üzərinə qırın. Tavanın üzərini bir qapaqla bağlayıb təxminən 5-7 dəqiqə vam odda bişirin. İsti şəkildə süfrəyə verin.

 

Nuş olsun




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir