is

İşsiz adamlar bu yazını oxumasın – 8 QAYDA

Baxış sayı: 1. 167

Uğur və nailiyyət sürətlə yox, səbrlə çalışanları tez tapır. “Grain” dizayner bürosunun rəhbəri Met Stil işin əsiri olmadan və işdən zövq alaraq çalışmağın sirlərini açıqlayıb.

O bizə yorulmadan çalışmağın 8 yolunu  təqdim edir:

 

Fasilə edin

Bu gün işiniz çoxdur və çox məşğulsunuzsa, narahatlığa və durmadan görüləcək işlərin siyahısına baxmağa ehtiyac yoxdur. Fasilə edin. Sakitləşin. Fasilə  beynimizin gərginlikdən azad olmasına yardımçı olur.

 

Qəhrəman olmağa ehtiyac yoxdur

Öhdəsindən gələ bilməyəcəyiniz işlərə “hə” deməyin! İşə başlamazdan əvvəl plan qurun. İşin müsbət və mənfi  tərəflərini analiz edib, layihəyə başlayın. Əgər ehtimallarınız sizi yanıldıbsa, narahatlığa ehtiyac yoxdur. Layihəni təxirə salsaq, Yer kürəsi tərsinə dövr etməyəcək.

 

Evə tələsin

İş saatınız bitibsə, “Bu videoya da baxım”, “Yarım saat əlavə oturum”, “Evə bir az gec getsəm heç nə olmaz” kimi fikirlərdən uzaq olub, ofisi tərk edin.  Evə –  ailənizin yanına və dostlarla görüşə tələsin. Əgər bu gün heç yerə tələsmirsinizsə, işdən sonra 20 dəqiqə piyada gəzin. Piyada gəzmək gün ərzində yığılan yorğunluğu atmağa kömək edəcək.

 

 İclaslara “yox” deyin!

İşgüzar adamlar bilir ki, işin uğurlu gedişatı üçün iclasların olması vacibdir, amma əminliklə deyə bilərəm ki, əksər hallarda iclaslar boş vaxt itkisindən başqa bir şey deyil. Müdirinizə, həmkarlarınıza qərarları qəbul etmək üçün daha funksional və qısa yollar təklif edin.

 

Mobil cihazları uçuş  rejiminə keçirin

Zəng və mesajları unudub, telefon sekretarını aktiv edin. Birdəfəlik başa düşmək lazımdır ki, texnoloji yeniliklərlə dost olmaq bizi xoşbəxt etmir. Vacib işiniz yoxdursa, ümumiyyətlə kompüter və planşetlərdən uzaq gəzin.

 

Nahar fasiləsində kompüterdən uzaq dayanın

İmkan varsa nahar fasiləsində hava almağa çıxın, kitab oxuyun, piyada gəzin.

 

“Bir neçə işi eyni anda görə bilərəm” fikrini beyninizdən silib atın

Bu, effektiv üsul deyil. İnsanlar bəzən özlərinə bacarıqlarından artıq güvənirlər. Əlbəttə, özgüvən əla xüsusiyyətdir. Ancaq biz özümüzü tanımalı – işi hansı zaman müddətində, hansı keyfiyyətdə təqdim edəcəyimizi bilməliyik. Əgər iş yoldaşlarınız tapşırığı yerinə yetirmə prosesində sizin diqqətinizi yayındırırsa, onlardan sakitliyə riayət etmələrini xahiş edin.

 

“Yox” deməkdən qorxmaq lazım deyil

Sizdən əlavə iş xahiş edirlər? Bu, mümkündür. Dərhal “hə” deməyə ehtiyac yoxdur. Tapşırığın öhdəsindən gələ bilməyəcəksinizsə, vaxtında “yox” deməyi öyrənin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir