is-gorusmesi-735x400

İstənilən iş müsahibəsinin öhdəsindən gəlməyin 4 yolu

Baxış sayı: 1. 047

Karyeram boyunca həmişə iş müsahibələrinə getməkdən nifrət etmişəm. Onlar həmişə mənə özüm olmağı çətinləşdirən bir səhnəni xatırladıb. Mən elə də söhbətcil adam deyiləm və yad adamın bir saat məni imtahana çəkərək cürbəcür suallar verməyə vaxt sərf etməyi elə də sevmirdim.

 

Ən çox xoşalmadığım sual isə bu idi: “sizin güclü və zəif tərəfləriniz hansılardır?”

 

Yenə başladı…Həmişə özümə verdiyim əsas bir sual olub: səmimi olub və həqiqi, dərin insani söhbətə başlayım yoxsa uyğun bir tərz fikirləşib danışım? Mən həmişə birincini seçirdim və çox yaxşı da işimə yarayırdı.

 

Bunu yadda saxlamaq vacibdir ki, əgər siz iş müsahibəsinə çağırılmısınızsa deməli siz artıq bir çox maneələri aşmısınız və şirkət ciddi olaraq sizin sahəniz, təcrübəniz və biliklərinizdə maraqlıdır. Müsahibə sizi daha yaxşı tanıyaraq şirkətlə uyğunluğunuzu yoxlamaq üçün növbəti addımdır.

 

Karyeram boyunca irəlilədikcə mən daha çox müsahibədə sual verən tərəf olmağa başladım, və hər dəfə müsahibə aldığım zaman həmişə öz təcrübələrimə dayanırdım. Mən öyrənmişdim ki, ən yaxşı müsahibələr sorğu-sualdan yox mənalı söhbətlər şəklində keçirilənlərdir.

 

Beləliklə, bu söhbətlərə hazırlaşmağın ən yaxşı yolları hansılardır? Fikrimcə, aşağıdakı dörd məqam doğurdan da fərq yarada bilir:

 

İlk təəssürat mühümdür

Bizim beyinlərimiz kiçik dəlillər üzərində cəld qərarlar verməyə uyğunlaşdırılıb. Psixoloq və Nobel laureatı Daniel Kahneman beyini “nəticələrə cuman maşın” adlandırıb. Əgər siz gecikirsinizsə və ya uyğunsuz geyinmisinizsə müsahibə götürənlər sizin necə yaşayıb işlədiyiniz barədə hər cür zənnlər edəcəklər. Vaxtından əvvəl gəlin. Uyğun geyinin. Yaxşıca daranın. Gülümsəyin. Siz məqsədə çatırsınız. Bütün bu kiçik detallar sizin buraxacağınız böyük ilk təəssüratın yaranmasına öz töhfəsini verir.

 

Həqiqi olun

Müsahibə vaxtı mümkün olan ən yaxşı tərəfimizi göstərməyə çalışırıq – bu yaxşı bir cəhddir. Halbuki siz əmin olmalısınız ki, həqiqi tərəfinizi göstərirsiniz. Əgər siz həqiqi olduğunuz zaman onların xoşuna gəlmirsinizsə əminəm ki, siz o şirkətdə işləməkdən həzz almayacaqsınız.

 

Həmçinin, o işi doğurdan da istədiyinizi (aciz görünməmək şərtilə) və niyəsini göstərmək vacibdir. İşlə bağlı çatışmazlıqlarınız barədə dürüst olun, və təklif edə biləcəyiniz güclü tərəfləriniz haqda ciddi fikirlər səsləndirin. Güclü/zəif tərəfləriniz sualları təcrübəniz deyil əsasən şəxsiyyətiniz haqdadır. Namizədlər bu suallara qeyri-səmimi cavablar verdiyi zaman mən həmişə çox məyus oluram. Əla namizədlər müsahibə alanları öz zəif cəhətlərinin öhdəsindən necə gəldikləri barədəki dürüstlüyü və səmimiliyi ilə təəccübləndirəcəklər.

 

Məşq edin və hazır olun

Malkolm Glədvel “Kənardakılar” kitabında deyir: “…məşq yaxşı olduğunuz zaman etdiyiniz deyil, o, sizi yaxşı etmək üçündür.

Bununla razılaşmaya bilmirəm.

 

Müraciət etdiyiniz şirkət, sənayesi və onların rəqibləri haqda öyrənmək üçün ciddi vaxt ayırın. Öyrəndiyiniz bu məlumat əsasında sizə veriləcək mümkün 20 sualın siyahısını hazırlayın, sonra isə o suallara cavabınızı dəfələrlə dostlarınızla, ailənizlə və özünüzlə məşq edin. Əsas “hekayələrinizi” əzbərdən öyrənin. Rəylər istəyin. Cavablarınızın əvvəlcədən hazırlandığını bəlli etməmək üçün hekayələrinizi çoxlu-çoxlu danışaraq məşq edin. Belə etsəniz siz həm tam hazırlıqlı olacaqsınız həm də cavablarınız təbii və inamlı olacaq.

 

Düzgün suallar verin

Adətən hər müsahibənin sonunda həmişə namizəddən sualı olub-olmadığı soruşulur. Bəzi insanlar bunu elə başa düşür ki, bu öz biliklərini “göstərməyin” məqamıdır – mən bunu məsləhət görmürəm. Ən yaxşı suallar səmimi olaraq şirkətin mədəniyyəti, onların gələcək planları, dəqiq iş tələbləri, onun həmkarlarının kim olacağı haqda verilən suallardır. Düzgün suallar vermək iş müsahibəsini sonlandırmağın yaxşı yoludur.

 

Helmut Şuster

BP şirkətinin kadrlar şöbəsinin direktoru




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir