usaq-yemek

İştahasızlığı aradan qaldırmaq üçün 20 təklif

Baxış sayı: 1. 600

1) İştahasızlığın fizioloji və ya psixoloji səbəblərdən irəli gəlib-gəlmədiyini müəyyən edin. Əgər bu səbəblərdən hər hansı biri varsa, müalicə edin.

2) Ailədaxili problemlərinizi həll edin. Əgər ehtiyac varsa, bir mütəxəssisdən məsləhət alın.

3) Süfrədə uşağın diqqətinin dağılmasını və ya yeməyini ağzında saxlamasını səbirlə qarşılayın. Yeməyin miqdarını artırmaq üçün məcbur etməyin.

4) Uşağın yemək vaxtına qədər fast food tipli qidalardan istifadə etməsinə imkan verməyin.

5) Yeməyini müəyyən edilmiş saatlarda verməyə çalışın.

Usaq-yemek

6) Yemək saatında yemək yeməyən uşağın arxasınca gəzməyin. Qoy uşağınız yeməyi süfrə arxasında yeməyə vərdiş etsin.

7) “Qardaşın yeməyini qurtardı, sən hələ də qurtarmamısan” kimi müqayisələr etməyin.

8) Yeməyini qurtardıqdan sonra mükafatlandırın. Ancaq elə edin ki, bu, uşağınızda vərdişə çevrilməsin.

9) Uşağınıza iştahasını nəzərə almaq şərti ilə az yemək qoyun. Əgər doymasa, sonradan boşqabına az-az yemək qoymaqla mükafatlandırın.

10) Süfrədə yeməklə bağlı mənfi sözlərə və ya ifadələrə yol verməyin.

usaq-yemek

11) Eyni yeməkləri tez-tez bişirməyin.

12) Tərkibində karbohidrat və protein olan qidalara üstünlük verin.

13) Süfrə arxasında xoşagəlməz şeylərdən danışmayın.

14) Uşağınıza həddindən çox inək südü verməyin. Çünki belə uşaqlarda başqa yeməklərə qarşı iştahasızlıq meydana gəlir. Bu isə nəticədə qanazlığına səbəb olur. Digər tərəfdən, belə uşaqlarda gələcək yaşlarda allergik və diabetik xəstəlik ehtimalı da artır.

15) Uşağın hər şeydən əvvəl bir fərd olduğunu unutmayın. Buna görə də, ona süfrədə müstəqillik verin.

16) Tənqiddən və zorakılıqdan qaçın. Cəzalandırılan uşaq etirazını sizə yemək yeməyərək göstərə bilər.

USAQ-YEMEK

17) Yeməkləri yaxşı bişirin. Digər tərəfdən, unutmayın ki, yeməklərin yaxşı bişməsi qədər, ləzzətli olması da çox vacibdir. Başqa sözlə, yaxşı bişməmiş, dadsız-duzsuz yeməklərdən iştaha gözləməyin.

18) Əgər hava o qədər də pis deyilsə, uşağınızı evdə həbs etməyin. Açıq havada gəzinti və ya oyun uşağınızın iştahasını aça bilər. Uşağınızın yeməklərini də bu şəraitdə yeməsinə imkan verin.

19) Siz də uşaqlıqda iştahasız olduğunuzu unutmayın.

20) “İştaha dərmanı” adı altında satılan dərmanlardan uzaq olun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir