İştahı küsdürməyin 5 QIZIL QAYDASI

Baxış sayı: 1. 317
Baharın gəlişi ilə qadınların qorxulu röyası olan artıq çəki problemi də maksimum həddə çatıb.
Elə bu səbəbdən həkimlər iştahı kəsmənin 5 qızıl qaydasını müəyyənləşdiriblər. Bunlardan birincisi yeməyi bol-bol çeynəməkdir. Həkimlər müəyyənləşdirib ki, yeməyi uzun müddət çeynəyib udandan sonra beyin bədənə gedən qidaları qeydiyyata alır və dad alma özəlliyini də təmin edir. İkinci əsas şərt şübhəsiz ki, idmandır. Üçüncü şərt isə dəyişik dadlarla dad alma ehtiyacını doyuzdurmaqdır. Bu halda insan daha az miqdarda yeməklə kifayətlənə bilir. Tez-tez və az-az yemək də iştahın nəzarətdən çıxmasını əngəlləmənin ən asan yoludur.
Və sonuncu şərt bol su içməkdir. Bu, insanın özünü tox hiss etməsinə səbəb olur.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir