xiyar

İsti havada sərinlik gətirən qidalar – SİYAHI

Baxış sayı: 1. 412

İlin ən isti günlərini yaşayırıq. İstilər hər kəsin çətin anlar yaşamasına səbəb olur. Ancaq qidalanmanızda diqqət edəcəyiniz bəzi detallar isti havalardan daha az təsirlənmənizə kömək edəcək.

Bu isti günlərdə sərinlik verən qidalardan faydalanmaq lazımdır. Bəs hansı yeməklər sərinləməyə və özünüzü daha fərəh hiss etmənizə yardım edəcək? “Gencaile.az” Aile.lent.az-a istinadən isti yay günlərində rahatlıq və sərinlik gətirən qidaların təqdim edir.

Xiyar. Susuzluğu aparır. Yüksək lifli olduğu üçün tox hiss etdirir, su tərkibinə görə də susuzluğu aradan qaldırır.

Qarpız. Qan təzyiqini tənzimləyir. Yay aylarında ən çox yeyilən meyvələrin başında gələn qarpız potasium, liflə zəngindir, həzm sistemi üçün faydalı olub, ürək sağlamlığına müsbət təsirləri də var. Yüksək su tərkibli olduğu üçün sərinlik verir. Gündə 3-4 dilim yeyə bilərsiz. Çox yesəniz, kökələ bilərsiz.

Dovğa. Sərinlik verir. Tərkibindəki noxud qida dəyərini artırır. İçinə təzə nanə yarpaqları da qata bilərsiz.

Çiyələk. C vitamini, folat və antioksidan tərkibi ilə diqqət çəkən çiyələk, yüksək su tərkibi ilə sərinləməyə yardım edir. Çiyələkdən yay ayında sərinlədən parktik “smoothie” də hazırlaya bilərsiz. Bunun üçün yarım stəkan süd, yarım stəkan qatıq, 7-8 ədəd çiyələk və buz lazım olacaq.

Mineral su. Su və mineral itkisini əngəlləyir. Yay aylarında yaşanan tərləməylə bağlı su itkisi çox yaşanır. Gündə bir stəkan mineral su ilə həm bədəndən azalan maqnezium və kalsium minerallarını bərpa edə, həm də sərinləyə bilərsiz. Ancaq yüksək təzyiq və mədə probleminiz varsa, həkimlə məsləhətləşməyi unutmayın.

Nanə. Nanə mədə bulantısına qarşı faydalı olub, həzm sistemini tənzimləyir.

Buz və nanə əlavə edilmiş bir stəkan ayran yanan ciyərinizi sərinlədəcək.

Pərpəteyn ürəyinizi qoruyur. Ürək damar sağlığına faydalı olan Omega 3-lə zəngin, lif, vitamin, mineral tərkibli bu göyərti yay süfrələrində mütləq olmalıdır.

Qatıq maddələr mübadiləsini sürətləndirir. Kalsium tərkibi ilə sümüklərin güclənməsinə həm də maddələr mübadiləsinin daha sürətli işləməsinə kömək edir. Həzmi tənzimləyən qatıq süd içə bilməyənlər üçün də yaxşı alternativdir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir