MASIN

İsti yay günlərində avtomobilinizi belə qoruyun – 5 TÖVSİYƏ

Baxış sayı: 1. 569

Üstünü örtün

Bu üsul köhnə olsa da, bir o qədər də lazımlı üsuldur.

Avtomobilinizin üstünü qalın bir maddədən düzəldilmiş qoruyucu ilə örtdüyünüz zaman günəş şüalarının birbaşa avtomobilinizin üzərinə düşməsinin qarşısını ala bilərsiniz.

Akkumluyatora nəzarət edin

Avtomobilinizin akkumluyatorundakı maye buxarlanması zamanı  sürətli saf su əlavə edərək yaranacaq isinmə miqdarını azalda bilərsiniz. Qeyd edək ki, bəzi akkumluyatorların işləməsində suya ehtiyac yoxdur.

İç səthlərin baxımına hər zaman diqqət edin

Avtomobilinizin ön hissələrinə qoruyucu spreylər ilə davamlı olaraq baxım edib, oturacaqlarınıza da lazımi baxım göstərsəniz temperatur və şüalardan qaynaqlanan zədələri minumuma endirə bilərsiniz.

Soyuducuya nəzarət edin

Mühərriki soyutmaq üçün maye qurtardığında onları təzələdiyinizdən əmin olun. Burada diqqət etməli olduğunuz nüans isə mühərriki isti olarkən yox, ən azından bir saat sonra, soyuduğu zaman  mayeni əlavə etmək lazımdır.

Təkərlərə diqqət edin

Təkərlər istilərdən daha çox zərər görən avtomobil hissələridir. Asfaltın istiliyi ilə havanın istiliyinə məruz qalan təkərlər yumuşala və boşala bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir