İstirahətə getmək istəyənlər mütləq oxusun!

Baxış sayı: 1. 438
Yay fəsli gələn kimi hər kəs tətilə çıxmaq həvəsi ilə yaşayır. Lakin bunun üçün kifayət qədər maddi imkanı olmayanlar da var. Hər kəs büdcəsinə baxıb, yay istirahətini necə keçirməyin yolları haqqında düşünür.
Əgər hələ də bu barədə haqq-hesab edənlər, büdcələrini qarşısına qoyub, götür-qoy edənlər varsa, musavat.com onlar üçün tətili ucuz başa gətirməyin 10 yolunu təqdim edir.

Uçuş biletinin ucuz əldə etməyə çalışın

Tətil xərclərinin ən əhəmiyyətli hissəsini seçdiyiniz nəqliyyat vasitəsinə aldığınız biletlər təşkil edir. Əgər tətilinizin ucuz başa gəlməyini istəyirsinizsə, əvvəlcə nəqliyyat vasitəsi seçərkən diqqətli olmaq lazımdır. Unutmayın ki, aviasiya şirkətləri yay fəsli gələn kimi qiymətləri artırır. Xüsusilə də istirahət mərkəzləri kimi tanınan istiqamətlərə biletlər daha çox bahalaşır. Bu səbəbdən də biletləri daha öncədən əldə etməyə çalışın və bu zaman internet üzərindən axtarış etməyi unutmayın.

Gəmiylə səyahət etmək…

Xüsusi olaraq, səyahət etmək istəyənlər üçün nəzərdə tutulan gəmilərlə gəzinti turuna çıxa bilərsiniz. Burada istədiyiniz lüksü əldə edə bilməsəniz və daha ucuz qiymətə, daha çox yerləri görmək imkanınız ola bilər.

Restoranlara deyil, küçə ləzzətlərinə üstünlük verin

Tətildə ən çox pul məhz yemək-içməyə xərclənir. Əgər qənaət etmək istəyirsinizsə, bunu yeməklərinizə də şamil etməlisiniz. Əvvəlcədən gedəcəyiniz ölkənin, ya da şəhərin mətbəx mədəniyyətini və orada hansı yeməklərin mütləq dadına baxmalı olduğunuzu araşdırın. Yetərincə məlumatlı olsanız, gözəl bir yemək üçün mütləq bahalı bir restorana getməyinizə ehtiyac qalmayacaq. Hər ölkənin ən azı bir qədər sadə, lakin gözəl yeməklər təqdim edən ləzzət dayanacağı vardır. Əgər məqsədiniz sadəcə, gözəl, dəbdəbəli bir məkana getməkdirsə, o zaman daha ucuz yerdə yeməyinizi əvvəlcədən yeyib, həmin məkanda qəhvə və ya çayla da kifayətlənə bilərsiniz.

Oteldə qalmağınız şərt deyil, alternativ variantlar da var

Dəbdəbəli bir oteldə qalmaq yerinə, ev dəyişmə proqramlarını, müvəqqəti kirayə verilən mənzilləri və ya  gündəlik ödənişləri olduqca aşağı olan universitet yataqxanalarını dəyərləndirə bilərsiniz. Hətta mətbəxi olan bir yer tapsanız, şəhərdə qidalanmaq xərcindən də xilas olarsınız.

Hansı ölkə daha ucuzdur?

Əgər xarici ölkədə tətil etmək və bunun sizin üçün ucuz başa gəlməsini istəyirsinizsə, həmin ölkənin valyutasının sizin valyutaya nisbətdə dəyərinin necə olması da çox önəmlidir. Əgər seçdiyiniz xarici ölkədəki valyuta ucuzdursa, bu, sizin əlinizdəki pulun dəyərinin artması və tətilinizin daha ucuz başa gəlməsi deməkdir.

Alış-verişi unudun!

Əgər səhiyyə sığotanız varsa, səyahət sığortası üçün əlavə xərc çəkməyə ehtiyac yoxdur. Ən önəmlisi isə tətil zamanı alış-verişdən uzaq durun. Əgər mütləq hansısa dostlarınıza bir neçə xatirə hədiyyəsi almaq istəyirsinizsə, bunun üçün ən ucuz bazarı seçin və nəzərdə tutduğunuz büdcəni aşmayın.

Evinizi müvəqqəti dəyişdirmək şansı…

İnternetdə ev dəyişməsi üçün yararlanan biləcəyiniz bir çox saytlar var: HOMELINK,  Couch Surfers və sair… Bu tipli saytlardan getmək istəyəcəyiniz ölkə və ya şəhərdə yaşayan bir ailə ilə evinizi dəyişdirə bilərsiniz. Bunun sayəsində həm yaşayış, həm də yemək xərclərinə qənaət etmiş olarsınız.

Turizm agentliklərinin paketlərini də nəzərdən qaçırmayın

Turizm agentlikləri turistlərin marağını çəkmək üçün zaman-zaman olduqca  sərfəli qiymətlərlə səyahət paketləri təqdim edirlər. Tətilə çıxmazdan əvvəl mütləq turizm agentliklərinin təşkil etdiyi turlara göz atın. Buradan çıxacaq bir fürsəti qazana və xəyalını qurduğunuz yerdə ucuz qiymətə tətil keçirə bilərsiniz.

Pulu çevirməyi unutmayın

Tətildə olarkən kredit kartınızdan mümkün olduqca istifadə etməməyə çalışın. Pulunuzu nağd olaraq, xərcləməyiniz daha sərfəli olacaq. Valyuta alarkən də təyyarə aeroportlarını seçməyin. Ölkədən ayrılmadan pulunuzu xarici valyutaya çevirin.

Çadır qurmaq həm ucuz, həm də əyləncəli ola bilər

Ailəliklə tətilə çıxmağı planlaşdırırsınızsa, mütləq düşərgə tətillərini gözdən keçirin. Düşərgə həyatı həm uşaqlar, həm də böyüklər üçün maraqlı və macərəalıdır. Yuyunma, tualet və yemək kimi təməl ehtiyacları qarşılayan və orta səviyyəli bir oteldən daha yaxşı xidmət verən bir çox düşərgə kompaniyaları var. Bunlardan birində həm etibarlı, həm ucuz, həm də olduqca həyəcanlı bir tətil keçirə bilərsiniz. Düşərgənin ən ucuz və qənaətli tətil variantlarından biri olduğunu ağılınızdan çıxarmayın.
Nərgiz Liftiyeva



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir