İsveç alimləri 100 il yaşamağın sirrini açıqladılar

Baxış sayı: 1. 600
İsveçin Höteborq universitetinin alimləri belə qənaətə gəliblər ki, uzun ömür yaşamaq üçün bir neçə şərt olduqca vacibdir.
Alimlərin fikrincə insanlar qamətlərini düzgün saxlamalı, siqaret çəkməməli və 50 yaşadək mənzil sahibi olmalıdırlar.
Tədqiqatçıların keçirdiyi 55 illik irimiqyaslı axtarışlarda 1913-cü il təvəllüdlü 855 nəfər İsveç vətəndaşı iştirak edib. Alimlər 55 il ərzində bu insanların yaşayış tərzi və səhhətləri ilə bağlı müşahidələr aparıblar.
Doktor Lars Vilqelmsen iştirakçilardan yalniz 10-unun 100 il yaşaya bildiyini söyləyib . Alim bu insanların həyat tərzində oxşarlıqların olduğunu qeyd edib. Onlardan heç biri siqaret çəkməyib, düzgün qamətə malik olublar və ən əsası şəxsi evləri var. Bu uzunömürlü insanlar idmanla mütəmadi məşğul olublar.
Ömürlərinin 55 ilini tədqiqata həsr etmiş alimlər bir faktı qeyd ediblər ki, 80 il yaşayan insanların 42 faizi ürək xəstəliyindən, 20 faizi infeksiyalardan, 6 faizi isə ağ ciyər iltihabından (pnevmoniya) ölüblər. Ümumilikdə bu insanların 27 faizi 80 il, 12 faizi isə 90 il yaşaya biliblər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir