jestler

Jestlər, mimikalar: nəyi, nə qədər doğru anlayırıq?

Baxış sayı: 107

İnsanı digər canlılardan ayıran ən mühüm xüsusiyyət simvolik kodları meydana gətirməsi ilə bərabər onları mənalandıra bilməsi və müxtəlif ünsiyyət vasitələrindən istifadə edərək istədiklərini, duyğu və düşüncələrini digər insanlara köçürə bilməsidir. Sözsüz ünsiyyətin ən mühüm hissəsini təşkil edən vizual kodların istifadəsi ünsiyyətin tarixi qədər qədimdir.

İnsanlar şifahi və yazılı ünsiyyət vasitələri ilə bərabər bədən dili vasitəsilə də öz yaşadığı duyğu və coşqunu, sevinc və kədəri əks etdirərək ünsiyyət qurmaqdadır. Müəllimimizlə danışarkən, rəhbərimizin otağında, avtobus dayanacağında və bir çox digər yerlərdə insanlarla qarşılılıqlı ünsiyyətdə olduğumuz hər an iradi və yaxud da qeyri-iradi olaraq qarşımızdakı insanlara şifahi olaraq özümüzü ifadə etməklə yanaşı bədənimizi də istifadə edərək ünsiyyət qururuq. Fərdlərarası üz-üzə ünsiyyətdə məkan, səs tonu, jestlər, mimikalar, bədənimizin duruşu bizim ünsiyyət ətrafımızı təyin etməmizdə və anlamanın ortaya qoyulmasında hər zaman təsirli olub.

Qarşımızdakı insanların içində olduğu vəziyyəti anlaya biləcəyimiz və insanlar tərəfindən mədəni fərqliliklərə baxmayaraq eyni mənaları daşıyan ( xoşbəxtlik, qorxu, hirs, qarışıqlıq və s.) duyğusal məlumatı xaricə ötürməni təmin edən təməl hərəkətlər olsa da, istifadə edilən bədən dili baxımından fərqlilik ifadə etməkdədir. Başqa sözlə, hər bir cəmiyyətin mədəniyyətində istifadə etdiyi bədən dili, onun istifadə formaları müxtəlifdir.

Bədən dilindən istifadə etməyin bir neçə faydası var. Bu sahənin mütəxəssisləri deyirlər ki, səbəb bir yox, bir neçədir. Bunları sadalayaq:

1.Başqaları üzərində müsbət bir təsir yaradaraq məqsədimizə çatmaq;

2.Qarşımızdakıları daha yaxşı anlayaraq təsirli bir ünsiyyət qurmaq;

3. Öz bədən hərəkətlərimizə nəzarət edərək ictimai mühitə daha tez uyğunlaşmanı təmin etmək;

4.Başqalarının əslində nə söyləmək istədiyini anlamaq.

Bəzən bir hərəkət min sözə əvəzdir. Biri ilə ünsiyyət qurduğumuzda söylədiklərimiz nə qədər əhəmiyyətlidirsə, hərəkətlərimizlə o adamda buraxdığımız təəssürat da o qədər əhəmiyyətlidir. Əl, qol hərəkətləri, mimikalar, toxunma, bədənin vəziyyəti (mövqeyi)…

Bir deyil, beş deyil, hər jestin öz mənası… 

Ünsiyyət zamanı məlumatın 50 faizi jest və mimikaların köməyi ilə çatdırılır. Bununla belə çox ifadəli işlətdiyimiz sözlər – yalnız 10 faiz fikrimizi çatdırmaqda bizə yardımçı olur. Səsin tembri və intonasiyanın vasitəsilə isə məlumatın cəmi – 40 faiz  ötürməyə müvəffəq oluruq. Söhbət zamanı əsas diqqət maksimum həmsöhbətimizin jest və mimikalarına yönəlməlidir.

Tanışlığınızın ilk dəqiqələrindən Siz göstərməlisiniz ki, ünsiyyətə hazırsınız və əməkdaşlıq əlaqələri qurmaqda maraqlısınız.

Təcrübəli psixoloqlar sizə dialoqlar zamanı daha çox istifadə olunan bəzi jest və mimikaların mənasını açıqlayırlar.

Amma unutmayın ki, ünsiyyətdə əsas mövqe səmimilikdir. Çalışın biliklərinizi tətbiq edərkən hərəkətləriniz süni, qeyri-təbii görünməsin.

1. “Açıq əllər” jesti səmimilik deməkdir. Söhbət zamanı bəzən bir və ya hər iki əl ovuc içi açıq vəziyyətdə olur. Sanki insan sizə qəlbini açır. Əgər çalışsanız bu jesti süni, yəni şüurlu ifadə edəsiniz, razılaşın ki, kənardan gülməli görünə bilər.

2. Pencəyinizin düymələrini açmaqla və ya onu çıxartmaqla siz həmsöhbətinizə qarşı rəğbət bəslədiyinizi bildirirsiniz.

3. İnsanın sakit, rahat, arxayın özünü hiss etməsinə onun əllərinin boşalmış vəziyyəti qoyulduğu işarə edir.

4. Söhbətə diqqətlə qulaq asanda adamın başı qeyri-ixtiyari olaraq yana əyilir.

5. Əgər kimsə danışanda açıq əllərini (evcik şəklində) bir-birinə dirəyibsə, onda siz əmin ola bilərsiniz ki, bu insan fikirlərinə əməl edib, sözünün üstündə durandı. Ona etibar etmək olar.

Jestlər bir neçə qrupa bölünür.

Birinci qrup – işarə -jestləridir. Amma onları istifadə etdikdə çox ehtiyatlı olmaq lazımdır. Çünki eyni işarə -jesti hər ölkədə müxtəlif məna bildlrir. Məsələn amerikanların “O.K.” jesti Amerikada – hər şey yaxşıdı mənasını ifadə edirsə, Fransada – sıfır bildirir, Yaponiyada isə – pula işarə edir.

Bizim tez-tez istifadə etdiyimiz “Əlvida” jesti Yunanıstanda- “Rədd ol burdan” kimi başa düşülür.

Müsəlman ölkələrində sol əllə hədiyyə, pul vermək haram sayılır. Başqa Qərb və Avropa ölkələrində isə bu məqama heç bir fikir vermirlər.

İkinci qrup jestlər – illüstrator-jestləridir. Onların köməyi ilə fikrinizi daha geniş, emosional çatdırmaq mümkündür. Bu növ jestlərdən mitinqlər, toplantılar zamanı natiqlər istifadə edirlər.

Üçüncü qrup – tənzimçi, nizamlayıcı jestlərdi. Bu qrup jestlər söhbətin əvvəli və sonunda mühüm rol oynayırlar. Belə jestlərdən biri – əl verməkdir. Bu jestlə bir neçə məna bildirmək olar: həm söhbətin əvvəlini, həm yekunlaşdırmaq istəyini çatdırmaq, həm də danışığın sonunu.

Bugünkü təqdim olunun məqalədə sonuncu qrup – adaptor (ötürücü) jestlərdi. Adətən bu növ jestlər bizə hiss və emosiyalarımızı ifadə etdikdə yardımcı olurlar. Onlar uşaqların qeyri -ixtiyari etdiyi reaksiyalara oxşayır. Stress, həyəcan əlamətlərində ifadə etdikdə daha aydın görünür.

Hətta ən ciddi söhbət zamanı bəzən o qədər də vacib olmur insan NƏ DEYİR – nəinki – NECƏ DEYİR. Ona görə həm özünüzə, həm də həmsöhbətinizə qarşı diqqətli olun.

Gözünüzü dikib baxmayın, qollarınızı çarpazlamayın, üzünüzə toxunmayın….

Amma mütəxəssislər məsləhət verir. Hər bir jesti etməzdən əvvəl yüz ölçüb, bir dəfə düşünün. Tövsiyələr aşağıdakılardır:

1 – Qollarınızı və qıçlarınızı çarpazlamayın: Bu hərəkət müdafiə deməkdir. Qollarınızı da qıçlarınızı da sərbəst buraxmalısınız. Çox yayılmadan, təbii ki!

2 – Göz kontaktı qurun, amma gözünüzü dikib baxmadan: Danışdığınız insanların gözlərinə baxın. Bu, onların sizə inanmasını təmin edir. Amma çox diqqətli və gözünüzü ayırmadan baxmamağa çalışın; çünki bu, həmsöhbətinizi narahat edə bilər.

3 – Özünüzə aid bir yeriniz olmasından çəkinməyin: Rahat oturun, köşənizdə büzülməyin, “oturduğum, ya da gözlədiyim bu yer hələlik mənimdir” imici yaradın. Qollarınız, qıçlarınız, qamətiniz süni deyil, rahat olsun.

4 – Çiyinlərinizi rahat buraxın: Gərgin olduğumuz zaman ağır bir yük götürmüş kimi çiynimizi aşağı salarıq. Bu bitmiş, tükənmiş və çarəsiz görünməyimizə səbəb olar. Çiyinlərinizi bir müddət önə – arxaya hərəkət etdirərək rahatlaşdırın, çiyinləriniz və boynunuz dik olsun. Təbii ki, həddini aşmadan və süniliyə qaçmadan …

5 – Həmsöhbətinizi anladığınızı göstərin: Qarşınızdakı adam danışarkən onu dinlədiyinizi göstərmək üçün başınızla təsdiqləyin. Amma şişirtməyin, yoxsa Ağacdələn Woody damğası yeyərsiniz.

6 – Başınızı dik saxlayın: Amma süni deyil rahat və təbii bir şəkildə

7 – Həmsöhbətinizə yönəlin: Qarşınızdakı adamın sözlərinə əhəmiyyət verdiyinizi müəyyən etmək üçün ona yönəlin və yüngülcə ona doğru əyilin. Bu əsnada rahat olduğunuzu göstərmək üçün də ara-sıra arxanıza söykənin. Çox  önə əyilməyiniz təsdiq gözlədiyiniz və ya çarəsiz olduğunuz, çox  arxaya yaslanmağınız da tərs və məsafəli olduğunuz mesajını verər.

8 – Gülümsəyin: Bəzi şeyləri xəfifə almağı bilin; hadisələrin arxa üzündəki yumor istiqamətini görün. Rahat olun, gülümsəyin. Müsbət olsanız insanlar sizi dinləməyə daha könüllü olarlar. Amma öz zarafatlarınıza gülən ilk adam siz olmayın. Bu, çarəsiz və narahat olduğunuzu göstərir. Bir adamla tanış olduğunuzda da gülümsəməyə laqeyd yanaşmayın, amma bu gülümsəmə üzünüzə yapışmasın, əks halda səmimi görünməz.

9 – Üzünüzə toxunmayın: Bu narahat olduğunuzu, eyni zamanda diqqətinizin dağıldığını göstərir.

10 – Gözləriniz yerə deyil, qarşıya baxsın: Yerə və ya həmsöhbətiniz xaricində ətrafdakı başqa şeylərə baxmayın. Başınız dik, gözləriniz qarşıda olsun; amma önünüzü görə bilməyəcək qədər də uzaqda deyil …

11 – Sakit olun, tələskən davranmayın: sürətiniz çox şeyi izah edər. Məsələn, yavaş-yavaş gəzirsinizsə bu, sizi sakit, özünə inamlı və stressiz göstərir. Deyək ki, birisi sizə səslənir, boynunuzu sürətlə birdən o yana çevirmək yerinə yavaş və sakit bir şəkildə yönəlsəniz, daha özündən əmin bir duruş sərgiləyərsiniz.

12 – Çox tərpənməyin: Barmaqlarınızı və boynunuzu şaqqıldatmaq, ya da masaya vurmaq, qıçlarınızı yelləmək kimi gərginliyinizi müəyyən edən bu tip hərəkətlərdən çəkinin. Bu imicinizi zədələməklə qalmaz, qarşınızdakı adamın diqqətinin dağılıb narahat olmasına gətirib çıxarar.

13 – Əllərinizdən inamlı bir formada istifadə edin: Əllərinizi üzünüzdə gəzdirmək və ya bir yerə vurmaq yerinə onlardan danışığınızı gücləndirici vasitələr olaraq istifadə edin. İzah etdiklərinizin təsirini artırmaq üçün şişirtməyə qaçmadan əllərinizlə açıqlamalarınıza güc qatın. İzah etdiyiniz bir şeyin böyüklüyünü, təsirini ifadə etmək üçün uyğun əl hərəkətlərindən istifadə edə bilərsiniz. Ancaq əllərinizin oradan oraya sovrulmasının qarşısını alın, onları idarə etməyi bilin.

14 – İçkinizi sinənizin aşağısında saxlayın: Söhbət əsnasında əlinizdə çay, qəhvə, ya da meyvə suyu kimi bir içki varsa, bunu sinə xəttində, ya da çənənizə yaxın bir yerdə tutmaq sizi müdafiəçi və məsafəli bir adam olaraq göstərər. Stəkanı daha aşağılarda, məsələn bel nahiyənizdə saxlayın.

15 – Onurğanızın harada bitdiyinin fərqində olun: Çoxumuz üzümüzü dik tutub başımızı önə əyərək dik oturduğumuzu sanırıq. Ancaq onurğamız zənn etdiyimiz kimi boynumuzda deyil daha yuxarıda, başımızın arxa qismində bitir. Oturuşunuzda bu məlumatı fikrinizdə tutun və belinizlə birgə başınızı da dik saxlayın.

16 – Həmsöhbətinizlə aranızdakı məsafəni tarazlayın: Qarşınızdakı adamla aranızdakı məsafə 1 metrdən az olmasın. Bu məsafə yaxınlıq dərəcəsinə və danışılan mövzuya görə dəyişər, amma təkrarlanan qayda budur. Həmsöhbətinizin fərdi sahəsinə daxil olmayın, əks halda sıxılmasına və diqqətinin dağılmasına gətirib çıxararsınız. Bu halda uzun bir söhbət də xəyal olar.

17 – Yamsılayın: Həmsöhbətimizlə aramızda yaxşı bir ünsiyyət meydana gəlmişsə, fərqinə varmasaq da bir-birimizin bədən hərəkətlərini yamsılayarıq. Siz də bunu bir qayda halına gətirin. Həmsöhbətiniz sizə doğru əyilmişsə, siz də əyilin, sizə gülümsəyirsə, siz də gülümsəyin. Təbii ki, həddindən artığa qaçmadan! Amma hər hərəkətini dərhal ardınca təkrarlamaq qəribə bir atmosfer yaradacaq. Burada da ölçünü qaçırmamağa fikir verin.

18 – Müsbət yanaşma sərgiləyin: Müsbət, açıq və rahat olun. Hiss etdiyiniz hər şey bədən dilinizə, oradan da həmsöhbətinizə əks olunur. Buna görə də duyğularınızı istiqamətləndirin, müsbət düşüncələr bəsləyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir