Ulviyye Efendiyeva

Kəkələmə nədir? – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 449

Kəkələmə ən ağır nitq deffektlərindən biri sayılır. Nitq aparatının əzələ qıc olması vəziyyətilə şərtləndirilmiş nitqin temporitmik təşkilinin pozuntusudur. Araşdırmalara görəkəkələməyə qızlara nisbətən oğlanlarda daha çox rast gəlinir.

Kəkələmənin iki yaranma səbəbi var: orqanik , funksional

Funksional səbəblərə tez- tez rast gəlinir. Bunlar aşağıdakılardır:

-nitq yükünün çox ağır olması- yaşına uyğun olmayan şeir, nağıl, böyük həcmli, çətin qəzəllərin öyrənilməsi

– həddindən artıq sürətli danışma

– kəkəc insanı yamsılama

– ağır məişət şəraiti

– yalnış tərbiyə üsulu

– nitqin ümumi inkişafdan qalması və s.

Orqanik səbəblərə istənilən yaş dövründə təsadüf edilə bilər. Bu, mərkəzi sinir sisteminin orqanik zədələnməsilə bağlıdır. Orqanik səbəblərə ağır beyin xəstəlikləri, travma, bir sıra infeksion xəstəliklər

Zədələnmə  beyində əsas iki sinir prosesinin – oyanma və tormuzlanma proseslərinin deffekti nəticəsində əmələ gəlir. Oyanma prosesi daha aktiv olur.

usaqlar

Xarakterindən asılı olaraq, kəkələmənin üç növü var

1) Klonik- kəkələmənin erkən və yüngül formasıdır. Bu zaman uşaq səsi və hecanı təkrarlayır.

2) Tonik növ- uşağın nitqində qəflətən uzun sürən dayanma müşahidə edilir. Sözün birinci səsini uzadır, (təkrarlanma yoxdur) sonra ele bil ki, tənəffüsdə partlayış yaranır.

Bu zaman uşağın üzü qızarır, lazım olmayan hərəkətlər edir- gözlərini qırpır, hoppanır, başını aşağı, yana çevirir

3) Qarışıq (çətinv)növ- bu zaman kəkələmə klonik- tonik və ya tonikn- klonik ola bilər.

Cümlənin dörd sözünün üçü klonik, biri tonik növdədirsə, bu klonik- tonikdir; əgər cümlənin dörd sözünün üçü partlama ilə , biri isə təkrar səs və ya hecalarladırsa, bu tonik- klonikdir.

Kəkələmənin ağırlıq dərəcəsinə görə üç növü var: yüngül, orta, ağır

Yüngül dərəcə kəkələmə demək olar ki, müşahidə edilmir. Mətndə bir dəfə kəkələmə ola bilər.

Orta dərəcə kəkələmə çox çətinliklə nəzərə çarpır

Ağır dərəcə qıcolmanın uzunmüddətli olması nitq ünsiyyətinə mane olur.

Kəkələmənin korreksiyası 45-50 günlük proqramla aparılır. Fərdi və qrup şəklində aparıla bilər.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir