kelem salati

Kələm salatını belə hazırlayın – RESEPT

Baxış sayı: 1. 303

Vaxtaşırı xanım oxucularına yemək reseptləri təqdim etməklə onların mətbəxdəki işini asanlaşdıran “Gencaile.az” saytı bu gün kələm salatının hazırlanma qaydasını təqdim edir.

 

İçindəkilər

Xırda yarpaqlı kələm – 300 qr.

Kök – 2 ədəd

Baş soğan – 1 ədəd

Üzüm sirkəsi – 2 x.q.

Mayonez – 3 x.q.

Süzmə qatıq – 2 x.q.

Şəkər – 1 x.q.

Duz – 1 ç.q.

İstiot – yarım çay qaşığı

Xardal – 1 ç.q.

 

Hazırlanması

Kələmi xırda doğrayın. Köklərin qabığını soyub sürtgəcdən keçirin. Soğanı qaynar suda 2 dəqiqə qaynadıb süzgəclə çıxardın. Sonra da xırda doğrayın. Bütün tərəvəzləri salat qabıdan qarışdırın. Ayrı bir qabda isə sirkəni, mayonezi, qatığı, şəkəri, xardalı, duzu və istiotu qarışdırın sosus alınsın. Sonra sousu tərəvəzlərin üzərinə gəzdirib, qarışdırıb servis edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir