AILE

Karantinin ailədə problem yaratmaması üçün nə etməli?

Baxış sayı: 886

“Covid-19” epidemiyasının dünyanı cənginə aldığı günlərdə hamımız evdə həmişəkindən çox vaxt keçiririk. Təbii, eyni evdə yaşadığımız insanlarla da çox ünsiyyətdə oluruq.  Bir tərəfdən gərginlik, bir tərəfdən çölə çıxmağın qadağan olunması əsəbləri daha da tarıma çəkir.

Koronavirus həm ictimai baxımdan, həm də əlaqələr baxımından daha əvvəl görülməmiş bir şeydir. Yəni hamımız “karantin” kimi dünyəvi bir halla ilk dəfədir ki qarşılaşırıq. Qadın və kişi əlaqələri üzrə  terapist Aoife Drury karantin dövründə əlaqələrin zərər görməməsi üçün bəzi məsləhətlər verib.

Beləliklə, cütlüklər arasındakı münasibətlərin karantindən “sağ çıxa bilməsi” üçün bəzi ipuclarını təqdim edirik:

 

Qarşınızdakı adamın ruh halı və nələri hiss etdiyini bilin 

Hər kəs bu müddəti özünə xas şəkildə keçirir. Ümumiyyətlə digərlərinin də bizimlə eyni duyğulara və düşüncələrə sahib olduğunu düşünürük. Drury-yə görə, qarşındakının duyğuları haqda səhv fərziyyələr qurmaq arada incikliyin yaranmasına səbəb ola bilər. Buna görə də ağıl oxumağa çalışmaqdan qaçınmalı, qarşılıqlı açıq dialoqlar qurulmalıdır.

 

Ünsiyyəti kəsməyin

Xüsusilə kədərli, ya da gərgin hiss edirsinizsə dialoqu qorumaq çətinləşə bilər. Amma Drury bir-birinizə dəstək olmağın yolunun dialoqdan, ünsiyyət qurmaqdan  keçdiyini deyir.  Hirs, xəyal qırıqlığı ilə bağlı yaşadığınız duyğuları hiss edərkən reaksiyanızda diqqətli olun.

Əlaqə üzrə psixoterapist Kate Moyle isə “Independent”ə açıqlamasında bildirib ki,   həll yolu ünsiyyətdir. Bir-birinizə qarşı mümkün olduqca açıq olun.  Əgər özünüzü xəyal qırıqlığına uğramış kimi hiss edirsinizsə “Mən” dilindən istifadə edin. “Mən belə hiss edirəm”, “Sən belə edirsən”  qəlibindən də fərqli cümlələr işlədə bilərsiniz.

aile

Bu müddətin bir imtahan olacağını qəbul edin

Cütlüklər arasında problemləri həll etməyə fokuslanan   relate.org.uk-dan Aidan Jones isə bunun hər kəs üçün fərqli və ilk  hal olduğunu bildirir.  “Vəziyyəti yaxşı niyyətlə qarşılayın, bu şərtlərdə mübahisə, müzakirələr böyük ehtimalla yaşanacaq. Unutmayın, stressli vəziyyətlərdən çıxmağın müxtəlif yolları var, sizinki tək üsul deyil”.

 

Böyük mübahisə, müzakirə yaradacaq məsələləri bir kənara atın

Karantin müddətində təzyiqin yüksəlməsi normaldır, ancaq bunu problemlərinizi gündəmə gətirmək üçün bir şans kimi  görməməlisiniz. Mübahisə yaradacaq problemləri qabartmaqdan çəkinin. Onları gözləmə rejiminə qoyun.

 

Davamlı işləmədiyinizdən əmin olun. 

Ev və iş həyatını kəskin xətlərlə ayırın. Evlə əlaqədar gündəlik işləri və iş həyatını əhəmiyyətinə görə  planlayın. Evdən işləyirsinizsə pijamalarla işləməyin, iş rejimindəki kimi qalın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir