urek

Kardioloqlardan ürək çatışmazlığı haqda xəbərdarlıq: “Hər siqaret tüstüsünü içinizə çəkdiyinizdə…”

Baxış sayı: 1. 490

Ürək çatışmamazlığı, ürəyin bədənə yetəri qədər qan dövr edə bilməməsi nəticəsində baş verir. Qan orqanizmin fəaliyyəti və yaşaması üçün lazım olan oksigen və qidalı maddələri orqan və sistemlərə çatdırır. Ürəyin nasos funksiyası pozulduqda ürək çatışmazlığı inkişaf edir. Nəticədə halsızlıq və nəfəs almaqda çətinliklər yaranır. Bir çox insan ürək çatışmazlıqları və ürək dayanması haqqında yanlış bilgilərə sahibdir.

“Gencaile.az” xarici mətbuta istinadən sahələri üzrə mütəxəssis olan kardioloqların hazırladığı məsləhətləri təqdim edir.

 

Kardioloqların məsləhətlərini bir çox insan ciddiyə almasa da, onlar cəmiyyəti məlumatlandırmaqdan bezmirlər.

Картинки по запросу Kalp yetmezliği,

Ürək çatışmazlığının bir neçə növü var. Ürək çatışmazlığı sol ventrikül və ya sağ ventrikül və ya hər ikisinə təsir edə bilər. Ən çox rast gəlinən ürək çatışmazlığı zəifləmiş ürək əzələlərində baş verən sistolik ürək çatışmazlığıdır. Digər əzələlərin düzgün şəkildə dartıla bilmədiyi distal ürək çatışmazlığıdır.

Hyuston Beylor universitetinin məşhur kardioloqu professor Biykem Bozkurt ürək çatışmazlığının daha çox təzyiqi və diabeti olan yaşlı insanlarda olduğunu vurğulayır.

Картинки по запросу Biykem Bozkurt

Bəzi işarələr infarktın yaxınlaşdığını göstərə bilir

Diabet, yüksək təzyiq, ürəkdəki damarların tıxanıqlığı, ürək çatışmazlığının yaxınlaşdığını göstərir. Bu şərtlər ürəyin zamanla zəifləməsinə səbəb olur. Nəfəs darlığı, ayaqlarda şişmə, xroniki öskürək, halsızlıq, iştahsızlıq, ürək döyüntülərinin artması da bir işarə ola bilər. Lakin bu detallar başqa bir xəstəliyinin əlaməti də ola bilər. Sadəcə ürək çatışmazlığının başlamasından öncə ən çox rast gəlinən əlamətlərdir.

Картинки по запросу Diabet, yüksək təzyiq

Amerikalı professor Steinbaum isə məsələni bu cür izah edir: “Üərk çatışmazlığı ilk öncə simptomlarla aşkar edilir. Əgər bir insanda get-gedə ağırlaşan nəfəs darlığı varsa, yolda hərəkət edərkən və ya düz uzanarkən nəfəs almaqda çətinlik çəkirsə dərhal kardioloqa müraciət etməlidir”.

Картинки по запросу Dr. Steinbaum

Siqareti atmağın çox böyük təsiri var

Steinbaum siqaretin ürək çatışmazlığıdakı böyük rolu haqqında da danışıb: “Hər siqaret tüstüsünü içinizə çəkdiyinizdə arteriya damarlarınızın astarlarında yırtılmalar əmələ gəlir. Bu astarda getdikcə dərin yırtıqlar əmələ gəlir və ürək çatışmazlığı ilə infarkt riskini artırır”.

Картинки по запросу женщина курит

Ürəyin dostu – İDMAN

İdman, ürək çatışmazlığına səbəb olan şəkərli diabet və piylənmə kimi narahatlıqların qarşısını ala bilər. Qan təzyiqi və xolesterol səviyyəsini də nəzarət altında saxlayır. Amerikalı  kardioloqlar həftədə ən azı 2,5 saat idmanla məşğul olmağı tövsiyyə edir.

Картинки по запросу səhərlər qaçış

Duz və duzlu yeməklərdən uzaq durun

Sodyum bədəndə su yığılmasına səbəb olur. Bunun ürək çatışmazlığı ilə nə əlaqəsinin olduğunu isə Dr. Bozkurt açıqlayır: “Həddindən artıq maye artımı damar içərisində genişlənə və ürəyin hərəkət mexanizminə zərər verə bilər. Duz əvəzinə mayonez, reyhan və ya zəncəfil kimi təzə qidalardan istifadə edərək, yeməklərin ləzzətini artırmaq olar. Balanslı pəhriz ürək çatışmazlığından əziyyət çəkən xəstələr üçün çox vacibdir. Bu cür xəstələrin, somon balığı, avakado, yulaf, fıstıq, təzə qırmızı meyvələr, sitrus meyvələri və pamidor kimi qidaları qəbul etməsi mütləqdir”.

Картинки по запросу Duz və duzlu yeməklər

Hər bir xəstəliyin və xəstənin özünəməxsus müailəcə yöntəmləri var.

Dr. Bozkurt hər şeyin öncə xəstənin özünə bağlı olduğunu qeyd edir: “Ürək çatışmamazlığından əziyyət çəkənlər üçün təbii ki, müailcə metodları çoxdur. Lakin daha yaxşı olar ki, ilk öncə xəstələr zərərli vərdişlərdən, xəstəliyin irəliləməməsi üçün riskli şeylərdən uzaq dursun. Müalicələr daha çox xəstlərin həyatda qala bilmələri üçün işə yarayır. İşin bir çox hissəsi isə xəstənin üzərinə düşür. Yəni öz həyatını özü xilas etməlidir.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir