kardiomeshq

Kardioməşqlər beyni cavanlaşdırır

Baxış sayı: 428

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, belə yüklənmələr uzun illər sonra təfəkkürün və yaddaşın korlanmasına imkan vermir. Kardioməşqlər zamanı orqanizm oksigeni yaxşı mənimsəyir və əzələlərə ötürür. Bu isə sağlamlın üçün çox vacib amildir.

Minnesota Universitetinin əməkdaşları orta yaşı 25 olan 3000 sağlam insanı müşahidə ediblər. Könüllülər araşdırmanın ilk ilində və bir də 20 il sonra qaçış trenajorunda qaçıblar. Onlardan nə qədər bacarırlarsa, o qədər qaçmağı xahiş ediblər. Təngnəfəs olanda, yaxud da yorulanda dayanmağa icazə verilirdi. Sonra isə koqnitiv testlər aparılıb.

Məlum olub ki, başqalarından daha çox qaçan insanlar ilk eksperimentdən 20 il sonra  yaddaş testlərini daha yaxşı ediblər və təfəkkür qabiliyyətləri yüksək olub. İlk və son dəfə eyni məsafəyə qaçanların göstəriciləri isə ən yaxşı olub. Bu isə göstərir ki, beynin yaxşı işləməsi üçün fiziki aktivliyi qorumaq vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir