1518266_10151981494642695_23619803_o

“Karyera Bələdçisi” kitabı nəşr olunub

Baxış sayı: 2. 123

“sumqayitxeber.com” saytının baş redaktoru Eyvaz Qocayevin müəllifi olduğu “Karyera Bələdçisi” kitabı “Qanun” nəşriyyatında təkrar nəşr olunub.

Kitabda düzgün peşə seçimi və uğurlu iş axtarışı ilə bağlı nəzəri və praktik məlumatlar, peşə seçimində özünü tanımanın önəmi, iş axtarışı və peşə seçimi zamanı nəzərə alınmalı olan fiziki, psixoloji amillər və onları müəyyənləşdirmək üçün testlər  yer alıb.

Kitabda həmçinin iş axtarışı prosesinin mərhələləri, iş görüşməsi və bu zaman rast gəlinən hallar  öz əksini tapıb.

“Karyera Bələdçisi” kitabı  ”Əli və Nino” kitab magazaları şəbəkəsində və digər kitab evlərində artıq satışda var.IMG_2899

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir