karyera

Karyera yüksəlişinə mane olan 6 yanlış fikir

Baxış sayı: 56

Səhv etmək pis bir şey deyil. Ancaq buna adekvat reaksiya verməyiniz çox vacibdir. Klinik psixoloq Trevis Bredberi özünütəlqinin mənfi hissləri inkişaf etdirə biləcəyini, eyni zamanda səhvini məhsuldar bir şeyə çevirməyə kömək edə biləcəyini hesab edir.

Özünütəlqin insanın özü haqqında təsəvvürlərə əsaslanır. Bəzən bu hissin uğura gedən yolda necə vacib olduğunu anlamırıq. Bu rol həm müsbət, həm də mənfi ola bilər. Henri Ford demişdir: “Kimi düşünür ki, bacaracaq, kimi düşünür ki, bacarmayacaq, — və hər ikisi haqlıdır”. Mənfi fikirlər çox vaxt reallıqdan uzaq və faydasız olur, belə özünütəlqin məyusluğa aparır — siz get-gedə mənfi hisslərə qapılırsınız və bu vəziyyətdən çıxmaq çətin ola bilər.

Emosional intellektin qiymətləndirilməsi və inkişafı ilə məşğul olan TalentSmart şirkəti milyon adamı sınaqdan keçirtmiş və aydın olmuşdur ki, 90% ən məhsuldar insan ən yüksək EQ-ə, yəni emosional intellektə sahibdir. Onlar aşağı EQ-ə sahib olan insanlarla müqayisədə daha çox qazanırlar, daha çox məhz onları vəzifədə irəli çəkirlər və işlərini daha yüksək qiymətləndirirlər. Sirr bundadır ki, onlar öz potensiallarını üzə çıxartmağa mane olan mənfi hissləri vaxtında aşkar edib zərərsizləşdirə bilirlər, yəni emosiyalarını idarə edirlər.

Mütəxəssislər uğur əldə etməyə mane olan ən çox yayılmış 6 zərərli fikri müəyyən edib. Ehtiyatlı olun ki, onlar sizin də məqsədinizə gedən yolda maneə törətməsin.

 

1. Mükəmməllik = uğur

Bəşər öz təbiətinə görə qeyri-mükəmməldir. Mükəmməllik arxasınca qaçırsınızsa, bilin ki, qeyri-məmnunluq hissi sizə əzab verəcək. Nail olduqlarınıza sevinmək əvəzinə əlinizdən çıxan fürsətlərə görə özünüzü incidəcəksiniz.

 

2. Alnımıza nə yazılıbsa, odur.

Çox insan əmindir ki, uğur və uğursuzluq taleyimizə yazılıb. Əslində taleyimiz öz əlimizdədir. Bunun əksini deyənlər bacarıqsızlığına bəraət qazandırmaq üçün özünü inandırır. Uğur və uğursuzluq bizim əlimizdə olan nemətlərdən maksimum fayda əldə edə bilib-bilməməyimizdən asılıdır. Çünki ixtiyari qədər (tale) insanın öz əlindədir. Hələ də əksini iddia edəcək insanlar varsa, qeyd edək ki, qədərin əsas mənası Allahın olmuş olacaq hər şeyi bilməsi deməkdir. Allah insan iradəsini yox saymır. Bilmək ayrı, etmək ayrıdır. Bilən Allahdır, edən quldur. Yəni öz uğursuzluğunuz və dini bir-birinə qarışdırmayın.

 

3. Mən «həmişə» nəyisə edirəm, ya da «heç vaxt» nəyisə etmirəm.

Həyatda elə bir şey yoxdur ki, həmişə edək və ya heç vaxt etməyək. Nəyisə tez-tez, nəyisə gec-gec edirik, lakin öz davranışını «həmişə» və «heç vaxt» sözləri ilə xarakterizə etmək — özünə acımaqdır. Siz özünüzə təlqin edirsiniz ki, ümumiyyətlə, öz həyatınıza nəzarət edə və onu idarə edə bilmirsiniz və özünüzü müsbətə doğru dəyişə bilmirsiniz. Bu düşüncəyə təslim olmayın.

 

4. Uğur — başqalarının təqdir etməsidir.

Ətrakdakılar müəyyən bir məqamda sizin haqqınızda nə düşünür-düşünsün, əmin olun ki, siz onların dediyi qədər pis də deyilsiniz, yaxşı da. Biz bu fikirlərə reaksiya verməyə bilmərik, amma onlara skeptik yanaşmaq öz əlimizdədir. Onda biz ətrafdakıların fikrindən asılı olmayaraq həmişə özümüzə hörmət edəcək və qiymətləndirəcəyik.

 

5. Keçmişim necədirsə, gələcəyim də elə olacaq.

Uğursuzluqlar zənciri özünüzə inam və əminlik hissinizi məhv edə bilər, artıq gələcəyin yaxşılığa doğru dəyişməyəcəyinə özünüzü inandıra bilərsiniz. Bu uğursuzluqların səbəbi adətən o olur ki, qəliz məqsədlər üçün riskli addımlar atılır. Bilin ki, uğur qazanmaq üçün uğursuzluğu öz xeyrinə çevirməyi bacarmaq lazımdır. Sanballı məqsədlərə çatmaq üçün çox vaxt riskə getmək tələb olunur, ona görə də uğursuzluqlara sizin müvəffəqiyyətə olan inam hissinizi zədələməyə icazə verməyin.

 

6. Mənim hisslərim reallıqdır.

Öz emosiyalarını obyektiv qiymətləndirmək və faktları fantaziyalardan ayırmağı bacarmaq lazımdır. Əks təqdirdə neqativ hadisələr sizin reallıq qavrayışınızı təhrif edə bilər və sizi bütün potensialınızı açmağa mane olan mənfi özünütəlqin qarşısında müdafiəsiz qoya bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir