karyera

Karyerada yüksəliş üçün 7 sadə qayda

Baxış sayı: 1. 003

Hər bir karyera üçün qırılma və ya dönüş nöqtələri qaçılmazdır, çox zaman müvəffəqiyyət də məhz bu dönüş nöqtələrinin ardınca gəlir. Özünüzü həmin qarşılaşma anlarına hazırlayın. İmkanlar və fürsətlər qarşınıza çıxanda onlardan tam faydalanmaq üçün birazca daha uzaqgörən olmanız tələb olunur.

Bəs bu dönüş anına necə hazırlaşmalır? Gəlin birlikdə nəzər yetirək.

 

1) XARİCİ DİL

İkinci hətta üçüncü bir dil bilməyiniz sizə yeni qapılar açacaq. Hər fürsətdə ana dilinizdən başqa yeni bir dil öyrənməyə və ya bu dili inkişaf etdirməyə çalışın.

 

 

2) FEEDBACK

Feedback almaqdan çəkinməyin. Hətta bunu adət halına gətirin. Tənqidləri də çox vaxt feedback olaraq qəbul edin. Bunları bir araya gətirin və daha uğurlu olmaq üçün dəyərləndirin. Feedbackdən istifadə edərək özünüzü daha da inkişaf etdirməyiniz sizi uğura daha yaxınlaşdıracaq.

 

3) MÜNASİBƏTLƏR VƏ EMPATİYA

Əlaqələr, insanların karyerasında önəmli dəyişikliklər edir. Professional həyatınızda qurduğunuz əlaqələr və empatiyaların sizə necə faydalı olduğunu bir müddət sonra özünüz də görüb təəccüblənəcəksiniz.

 

4) ÜÇ ÖNƏMLİ DAVRANIŞ

Üzr istəməkdən, səhvlərinizi qəbul etməkdən və kömək istəməkdən çəkinməyin. Səhv edə bilərsiniz, bunu başa düşməyiniz və ya köməyə ehtiyacınızın olması utanılacaq bir şey deyil. Bu 3 davranış zamanı əsla çətinlik çəkməyin. Çünki bu baxış tərzi sizi daha professional edəcək.

 

5) ÖYRƏNMƏK VƏ ÖYRƏTMƏK

Öyrənməyi və öyrətməyi ən yaxşı bilənlərdən olun. İş həyatınızdakı bu dönüşün hər anına hakim olmaq sizi daha yüksək pilləyə qaldıracaq.

 

6) TEXNOLOGİYA

Hansı sahə, departament və ya vəzifədə olmağınızdan asılı olmayaraq texnoloji yenilikləri izləyin. Texnologiyanın işinizə necə faydalı ola biləcəyi barədə düşünün və şirkətinizdəki texnoloji inkişafı dəstəkləyin. Texnologiyanı həyatınızın bir parçası halına gətirməyiniz, hər dövrdə sizin üçün avantajlı olacaq.

 

7) DÜNYA İNSANI

Həyatınızı dünyanın başqa ölkələrində uğurlarınızı qeyd edərək keçirə bilərsiniz. Karyeranızın sərhədləri keçməyini istəyirsinizsə dünya insanı olun. Gəzin, maraqlanın, fərqli ölkələrə iş üçün müraciət etməkdən çəkinməyin. Sərhədlərinizi aşın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir