Kasıbların xəstəliyi – Bronxektazi nədir?

Baxış sayı: 1. 500

Bronxektazi – daha çox kasıb və baxımsız insanlarda rastlandığından tibdə yetim, ya yiyəsiz xəstəliyi olaraq da bilinir. Əsasən antibiotik tapmaqda çətinlik çəkən insanlarda görülür. Bronxektazi ağciyərlərin içindəki bronxların qalıcı deformasiyasıdır. Bronxlardakı genişlənmə, kistalaşma, sıx-sıx infeksiya, çox bəlğəm öskürmə və qanamalarla bərabər yaşanır. Çox az hallarda xəstəni heç narahat etməyən bu xəstəlik özünü birdən göstərir. Anadangəlmə olmaqla bərabər bronxlardakı iltihablardan da qaynaqlanır və geri qayıdışı olmayan bir xəstəlikdir. “Ektazi” – hər hansı bir orqanda yerli, ya da ümumi genişlənmə deməkdir. Buna görə bronx genişlənməsinə “bronxektazi” deyilir.

İltihab irəlilədikcə bronxit və ya sətəlcəm şəklində, yüksək qızdırma, halsızlıq, üşümə kimi hallar ortaya çıxır. Uzun müddət yaşanan bronx genişlənməsi zamanı bronx elastikliyi, müdafiəsi pozulur.

Əlamətləri nələrdir?

Bronx genişlənməsi çox bəlğəm çıxarmaqla özünü göstərirr. Kistalaşmış və ya genişlənmiş bronx içindəki bəlğəm mikroblarının yaranması üçün əlverişli şərait yaradır. Bir sözlə, öskürək və bəlğəm ilk əlamətlərdir. Deformasiyaya uğramış bronx divarındakı varikozlaşmış qan damarları infeksiya hallarında qanaxmalara səbəb olur.

Səbəbləri nələrdir?

Bu səbəblərin başında infeksiyalar dayanır. Qızılca, vərəm, göy öskürəkdən başqa adenoviruslar, herpes, mikoplazma, aspergillus infeksiyaları da bronxektazi ilə nəticələnən tənəffüs yolu infeksiyalarına səbəb ola bilər. İrsi bir xəstəlik olan kistik fibriozis bronxektazinin yaranmasına səbəb olur. Həmçinin ağciyər içindəki bronx səthində tikanlanma ilə ortaya çıxan silyer diskinezi sindromu, ağciyərin içinə yad cism düşməsi, immunitet sistemində fərqli pozuntular, nəzarətsiz qalan astma da bronxektazi ilə nəticələnə bilər.

Hansı problemlərə yol açır?

Əvvəllər antibiotik tapılmadığından xəstəliyin qarşısnı almaq mümkün deyildi. İndi antibiotiklər asan əldə edildiyindən xəstəliyin irəliləməsini əngəlləmək mümkündür. Bronxektazinin uzun müddət, ağır şəkildə davam etməsi nəticəsində əl və ayaq barmaqlarında “çomaq barmaq” adlı deformasiyalar yaşanır. Xəstəliyin sonunda nəfəs çatışmazlığı kimi ciddi problemlər olur.

Xəstəliyin diaqnozu ağciyər rentgeni və ya kompüter tomoqrafiyası ilə qoyulur. Bronxektazi xroniki sinuzit, daxili orqanların tərsliyi və sonsuzluq kimi hallarla bərabər yaşana bilər.

Necə qorunaq?

İlk əvvəl şübhəli hal müşahidə edən kimi həkimə getmək lazımdır. Həkimin məsləhəti olmadan heç bir antibiotik  istifadə etməyin. Tənəffüs hərəkətləri, fizioterapiya müalicəsi məsləhət görülür. Müntəzəm idman edilməlidir (əsasən üzgüçülük və qaçış). Hər gün bronxlardakı bəlğəm təmizlənməlidir. Siqaret çəkmək olmaz, siqaret tüstüsündən uzaq durmaq lazmdır. Qrip, sətəlcəm peyvəndi vurdurulmalıdır. (lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir