Rear view of a young man holding his neck in pain, isolated on w

Keçməyən kürək ağrılarına diqqət…

Baxış sayı: 1. 559

Onurğa şişləri bədən analizləri zamanı təsadüfən məlum olur və ya yeriməkdə çətinlik çəkməklə özünü büruzə verir.

Habertürk.com saytının məlumatına görə, ortopediya və travmatologiya üzrə mütəxəssis dr. Çağatay Öztürk onurğadakı lokal ağrılara diqqət edilməsi barədə xəbərdarlıq edərək risk altındakı xəstələrin bədən analizinin aparılmasının labüdlüyünü vurğulayıb.

Döş, ağciyər və bədənin müxtəlif yerlərində ortaya çıxa bilən şişlərin onurğaya keçməsi ilə əmələ gələn metastatik onurğa şişlərinin xəstənin müalicəsi zamanı hər zaman fərqinə varılmır və xəstənin iflic riski ilə qarşı-qarşıya qalmasına səbəb olur.

Geçməyən kürək ağrılarına diqqət

Onurğa və onurğa iliyi şişləri yerləşmə vəziyyətinə görə fərqli siqnallar verə bilər. Kürəkdə olan və istirahətlə keçməyən ağrı ən çox rastlanan şikayətlər sırasındadır. Yüksək hərarət, çəki itirmə, halsızlıq kimi xronik xəstəlik əlamətləri də müşahidə oluna bilər. Kürək və bel bölgəsində olan şişlər qollar və ayaqlarda keyləşmə hissi ilə yanaşı yeriməkdə də çətinlik yaradır. Çağatay Öztürk metastatik onurğa şişlərinin müalicəsində radiologiya və onkologiya mütəxəssislərinin birlikdə fəaliyyət göstərdiyini qeyd edib. Onun fikrincə, bədəninin başqa bölgəsində şiş olan xəstələri həm fiziki, həm də psixoloji olaraq metastatik onurğa şişinin müalicəsi üçün hazırlamaq lazımdır. Müalicə prosesi şişin yerləşdiyi bölgə, şişin böyüklüyü, xəstənin yaşı kimi faktorlardan asılı olaraq fərqli ola bilər. Cərrahi müdaxilə, radioterapiya, kemoterapiya, immunoterapiya kimi metodlar ayrı-ayrı və ya kompleks şəkildə istifadə edilərək xəstənin müalicə prosesinə başlanılır.

Həmçinin metastatik onurğa şişlərində əsas risk qrupunu 45 -65 yaşlarında xərçəng tarixçəsi olan kişilərin təşkil etdiyi vurğulanır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir