İsmayil Ahmad

Keçmişə sədaqət, yoxsa uydurma əfsanə? – İsmayıl Əhməd yazır

Baxış sayı: 2. 304

Ötən həftə “Gencaile.az” saytının “bilDİN” rubrikasında sizə  dünyanın  qədim  və  əsrarəngiz  şəhərlərindən  olan   Romanın tarixini və  bu  məsələyə  artan  marağın səbəblərinin  açıqlandığı yazının ilk hissəsini təqdim etmişdik. Bu dəfə isə bu mövzudakı yazının sonuncu hissəsini oxucularımıza çatdırırıq.

Pentaqram

Tarix boyu insanlıq düz bilərək aldanmış, düz bilərək aldatmış və nəticədə ağı qara, qaranı isə ağ kimi qəbul etməyə vərdiş etmişdir. Bu tarixi proseslər, rənglər bir-birini elə əvəz etmiş, aləm bir-birinə elə dəymişdir ki, insanlıq gerçəklik daltonikliyinə məruz qalmışdır.

Hələ eramızdan əvvəl insanlar müxtəlif  işarə və simvollar yaradır, onlarla  nələrisə ifadə edir və bu işarələr onların ictimai fəaliyyətindən, əqidə, inanc və düşüncələrindən xəbər verirdi. Həmin qədim işarələrdən biri də Qədim Yunanıstana aid  olan pentaqramdır.

Çoxları pentaqram işarəsini qara qüvvələrin müəmmalı işarəsi kimi qəbul edir. Doğrudanmı onun şər qüvvələrlə bir əlaqəsi var? Pentaqram özündə nəyi simvolizə edir? Onu kimlər, nə zaman və hansı məqsədlər üçün yaratmışlar? Penta – qədim yunan dilində beş (5), qram isə xətt mənasını verir. Müasir dünyamızda pentaqramı məşhur edən onun satanizm (şeytanpərəstlik) ilə əlaqəli olmasıdır.  Pentaqram təkcə adi həyatda deyil, bəlkə virtual aləmdə də özünə yer edib, bir çox kompüter oyunlarında da qara magiyanın əsas simvoluna çevrilib.

Müasir sehrbazlar pentaqramdan sehrin özünü qorumaq üçün istifadə edirlər. Bu halda o, dairənin içində qərar tutmalıdır. Bu, həm də şər qüvvələrin  dairənin içərisində həbs olunmasına xidmət edir.

Pentaqram amuletindən adətən sehr və cadugərliklə məşğul olanlar istifadə edirlər. Və onların məqsədi bir çox hallarda özlərini şər qüvvələrdən qorumaq olur.

Tarixi

İlk pentaqramlar  Qədim Yunanıstanda da deyil, Qədim Şumer ərazisində yerləşən Uruka şəhərinin xarabalıqlarında tapılıb. 3,5 min illik gil löhvələrdə çəkilən pentaqram hələ o vaxtlar Veneranın hərəkət dairəsini simvolizə edirdi.  Pentaqrama  həm də Qədim Misir heykəllərində rast gəlmək olur. Misirlilər pentaqram ilə əsasən ulduzları təsvir edərdilər. Burada və Qədim Babil ərazisində pentaqramdan qoruyucu nişanə kimi istifadə olunardı. Hətta Babil ərazisində pentaqramı qoruyucu işarə olaraq malın qorunması və xarab olmaması məqsədilə dükanların və anbarların qapılarına vurardılar.  Qədim Babil ərazisində ondan həm də hakimiyyət simvolu kimi istifadə olunardı. Dövlət möhürü kimi tarixi eksponatlar bundan xəbər verir. Yəhudiliyə gəlincə, pentaqram özündə Musa peyğəmbərə (ə) göndərilən beş müqəddəs kitabı simvolizə edirdi. Xristianlıqda isə  pentaqram İsa Məsihin (ə) (xristian inancına əsasən) bədənindəki beş yaradan xəbər verirdi (alnındakı tikanlar, iki əl və iki ayağındakı mıx yaraları).

Orta əsrlər

Orta əsrlərdə avropalılar pentoqramla  ərəblərin əlyazmaları ilə tanış olurlar. Belə ki, burada pentoqram Süleyman peyğəmbərin möhürü kimi göstırilirdi.

Roma

Roma İmperatoru I Konstantin pentaqramı şəxsi möhürü  edir. O, hesab edir ki, məhz onun köməyi ilə haqqa hidayət olub xristianlığı qəbul edə bilir.

Lakin pentaqramın işıqlanma dövrü inkvizisiya dövrü başlamaqla sona çatır.  Min illərlə insanların inanc yeri olan və qoruyucu vasitə kimi qəbul edilən pentoqram inkvizisiya dövrü başlamaqla şər qüvvələrin işarəsinə çevrilir və ona “şeytanın ayağı” adı verilir.

XIX

XIX əsrdən etibarən pentaqram  Taro kartlarının üzərində görünməyə başlayır və Kabbala (Tanrının mahiyyətini dərk etməyə və dünyadakı məxluqların, o cümlədən insanın var olmasının səbəbini anlamağa çalışan yəhudiliyə məxsus mistik ənənə, təlimdir; ibranicə “qəbul etmə, təhvil vermə” deməkdir) ilə əlaqələndirilir. Xristianlığın ilk illərində isə pentaqram xristianlığın simvolu kimi qəbul edilir.  Hətta 1405-ci ildə ikona rəssamı Andrey Rublyov İsa Məsihi (ə) çevrilmiş pentaqram fonunda çəkir. Çevrilmiş pentaqramı hətta keçmiş Sovetlər birliyində verilən  Qırmızı bayraq və ABŞ-ın fəxri ordenlərində də görmək olur.

Şeytanpərəstlik

Və nəhayət, 1854-1856-cı illərdə pentaqram fransız okkultist (müəmmalar haqqında elm. Gizli bilgilər anlamını verən okkultizm latın sözü olub “gizləmək”, “saxlamaq” mənasını verən “occulare” sözünün kökündən gələn “okkultus” (gizli) sözündən götürülmüşdür. Ümumilikdə okkultizm keçmişdən bu günə, bu gündən gələcəyə mövcud olmuş, olan və olacaq müəmmaların açıqlanmasında xüsusi bir bilgi mənbəyidir və gələcəkdə daha da zənginləşəcəkdir) və taroloqun (rəmzlər sistemi, 78 kartdan ibarət kahinlik  aləti. XIV-XVI əsr  orta əsrlərdə yaranıb, bu gün  ondan əsasən sehrbazlar istifadə edirlər)  Elivas Levi tərəfindən   şeytan və şeytanpərəstliyin işarəsi kimi təqdim  olunur.. Levi həm də bədəni insan bədəninə oxşar keçi başının alnında yerləşdirir və bununla o, insanın özünə qarşı çıxmalı olduğunu çatdırmaq istəyir. Beləcə, min illərlə insanların xeyir və şər qüvvələrin qoruyucusu kimi qəbul etdikləri simvol şeytanpərəstliyin işarəsinə çevrilir.

Nəhəng pentaqram

2013-cü ildə Google xəritə axtarış xidməti Qazaxıstan ərasində diametri 366 metr olan nəhəng pentaqram müəyyən edə bilir. Sonradan belə məlum olur ki, həmin pentaqram Sovetlər birliyi zamanı Qazaxıstan ərazisində yerləşən pioner düşərgəsinin yeridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir