su

Keçmişdən bu günə ilginc sərinləmə məsləhətləri

Baxış sayı: 1. 226

Çox isti havalar da sərt soyuq qədər öldürücü təsirə malikdir. Qlobal istiləşmə bütün dünyada müşahidə olunur. Avropa şəhərlərinin çoxunda bu yüzilin sonunda yaz fəslində 10 dərəcəyə qədər daha isti ola biləcəyi istiqamətində təxminlər var.

Yay mövsümündə çox isti olan şəhərlər yeni binaların damında bağça hazırlanmasında, mövcud damların açıq rənglə boyanmasında, yolların açıq boz rəngdə olmasında, küçələrə və açıq yerlərə ağac əkilməsində xüsusi aktivlik nümayiş etdirirlər. Yaxşı xəbər isə odur ki, bu cür çıxış yolları tətbiq olunan sahələrdə ərazinin istiliyini 2-3 dərəcə azaldır. Amma insanları yanıldan başqa bir arqument isə günəş panellərinin qara olmasına baxmayaraq, günəş işığını əmərək istilik adası təsirini azaltmasıdır…

Son günlər ölkədə yaşanan elektrik problemi üzündən insanları düşündürən bir neçə sual var. Bəs keçmişdə insanlar istidən necə qorunurdu? Kondisioner yox, sərinkeş yox… O halda insanların istilərlə mübarizəsi necə aparılırdı?

 

Qardan hazırlanan dondurma

Təbii ki, elektrik enerjisi mövcud olmazdan öncə də sərinləmənin bir yolu vardı. Məsələn, dondurmanın bir neçə min illik tarixinin, sadəcə, son dönəmi enerjiyə bağlıdır. Dondurmalar qış aylarında dağların zirvələrindən toplanan qarların qar quyularında saxlanaraq, yay aylarında istifadəyə buraxılırdı. Qar dərin quyulara salınaraq və təbəqələr halında doldurulur, təbəqə aralarına da əsasən də saman qoyulurdu. Yay aylarında üstdən başlayaraq hər təbəqədəki buzlaşmış qar dondurma hazırlanışı və qorunması üçün istifadə edilirdi. Təbii, müasir zamanda bu qar quyularından əsər yoxdur. Maraqlananlar googledə axtarış edib, qar quyusu barədə məlumatları əldə edə bilərlər…

kardan dondurma ile ilgili görsel sonucu

Baba-nənələri anlamaq lazımdır. Onların doğulduğu dünyada nəinki ağıllı telefonlar, heç kompüterlər də bu qədər geniş yayılmamışdı. 1970-ci illərdə və ondan öncə dünyaya gələnlər evə gələn ilk televizoru belə xatırlaya bilirlər. Ütülər kömürlə çalışır, paltarlar əllə yuyulur, ocaqlar ən yaxşı halda qaz balonu ilə çalışır, ev telefonu çəkdirmək üçün sıralar yaşanır və orta hesabla 10 il gözləyirdilər. Üstəlik, “yoxlar” siyahısındakılardan, sadəcə, biri idi elektrik.

Bəs indi nə edək ki, keçmişdəki kimi istilərlə elektrik enerjisi olmadan da mübarizə apara bilək? Öncəliklə suyun sərinlədici gücündən faydalanın. Ləyənlərə su doldurub, ayaqlarınızı isladın. Yaş dəsmal və bandalar baş üzərinə və ya çiyinlərə qoyulduğu zaman sərinlədici bir təsir yaradır. Sərin duşlar alın, soyuq su ilə dolu bir şüşədən su püskürtməyə çalışın.

Aşağı mərtəbələrdə olmağa çalışın. İsti hava yüksəyə qalxır, bu səbəbdən yuxarı mərtəbələr aşağılardan daha isti olur. Zirzəmi günorta saatlarında istidən yaxşı qaçış yolu ola bilər.

Həddən artıq istilik qaynaqlarını yox edin. Ampuller lazım olduğundan artıq istilik yayır, açıq kompüterin yaydığı istilik kimi. Qaz yandırmağa ehtiyac qalmasın deyə təzə yeməklərdən istifadə edin.

Müəyyən bir miqdar suyu bədəndə tutmağa diqqət edin. Yəni hava isti olmayanda qəbul etdiyinizdən daha artıq su qəbul edin. Əgər həddən artıq çox tərləyirsizsə, elektrolitlərin yerinə yenilərini qoymaq üçün ya  yeməyinizin yanında bol miqdarda su içməli, ya da elektrolit tərkibli özəl içkilər içməlisiniz. Susamaq dehidrasyonun ilk nümunəsidir, bunun qarşısını almaq üçün susamadan öncə yetərli qədər su içməlisiniz.

 

Alkoqol və kofeindən qaçın, bu iki maddə də idrar sökdürücü vəzifəsini icra edir.

Evdə sərinlik olması üçün bir kasa buzun arxasına qoyulmuş ventilyatorun qabağında oturun. İstilər artıq dayanılmaz bir hal alıbsa, günün ən isti saatları boyunca kondisioner sistemi olan, cəmiyyətə açıq yerlərə gedin. Kitabxanalar, alış-veriş mərkəzləri və kinoteatrlar üçün yaxşı bir yer ola bilər. Metabolik temperaturu artıracaq və bədənin isinməsinə səbəb olacaq böyük porsiyalı və bol proteinli yeməklərdən istifadə etməyin.

Son olaraq ev heyvanlarının da hava isindikcə narahat olduqlarını unutmayın. Onlara soyuq duş aldırmaq üçün bədən temperaturunu aşağı tutmaqda yardımçı olun. Üzərində yata biləcəkləri sərin bir dəsmal və ya sərinkeşi yanına qoyacağınız yaş bir əski heyvanınızı sərinlədəcək. Onlara içmələri üçün bol soyuq su verin. Bir ev heyvanında isti vurmasının əlamətləri nəfəs-nəfəsə qalma, böyük gözlər, isti dəri, qusma və göz qamaşmasıdır. Əgər heyvanınız bu əlamətləri göstərirsə, veterinarı gözləyin.

sıcaklık ile ilgili görsel sonucu

 

İstilik  artanda aqressiya da artır, digər neqativlər də…

Amerikanın altı şəhərində bu halla bağlı araşdırma aparan psixologiya elmləri doktoru, Miçiqan kollecinin professoru Devid Meyers bildirib ki, istilər başlayanda qanun pozuntularının da sayı artır. Onun sözlərinə görə, bu, təkcə isti günlər üçün yox, bütövlükdə isti mövsümlər üçün xarakterikdir. Amerikada hava temperaturunun 2 dərəcə artması kifayətdir ki, həmin il ölkədə cinayət xarakterli hadisələr 50 min dəfə çoxalsın.

Doktor Meyers bildirib ki, isti insanın əsəb sistemini ən çox qıcıqlandıran xarici faktordur. Onun həmkarı Vilyam Qriffit isə bununla bağlı universitet yataqxanasının iki otağında təcrübə keçirib. Otaqlardan birində kondisioner işləyib, komfortlu şərait hökm sürüb. Digərində isə isti, susuzluq və standartlara uyğun olmayan atmosfer olub. Sonuncuda qalan tələbələr həm bir-birinə, həm də yad adamlara münasibətdə hədsiz aqressiv olub. Demək olar ki, həftə ərzində həmin otağın sakinləri arasında, qeyri-ciddi səbəblər üzündən 57 dəfə insident baş verib. Birincidə isə həmin müddətdə belə davaların sayı cəmi 3 olub – onların da əksəriyyətinin köklü səbəbləri olub.

İsti yayda aqressiyadan danışıb, alkoqollu içkini unutmaq olmaz. Belə ki, daim “öyrəşdiyin doza” yayda kritik sayılır. Pivəylə “sərinlənən” insan heç səbəbsiz yerə davaya qurşana və ya hansısa macəranın iştirakçısına çevrilə bilər.

Daha bir aldadıcı məqam. İnsanlar reklam roliklərinə aludə olub, antidepressantlardan istifadə edir. Antidepressantlar isə xüsusi olaraq, tər vəzilərinə təsir edir, tərin xaricə çıxmasına imkan vermir. Bu isə ekzokrin sisteminə qarşı zorakılıqdır. İstidən əziyyət çəkən orqanizm əlavə əziyyətlərə də tab gətirmək zorunda qalır.

Dövlət Yol Polisindən verilən məlumatda da bildirilir ki, yayda maşın sürənlərin sayı qışla müqayisədə iki dəfə artıqdır. Xüsusən də bu statistika gecə saatlarında çoxalır. Bu fəsildə yol qəzalarının artmasının bir neçə səbəbi var: 1. Yayda velosiped və motosiklet sürücüləri də yolda aktivləşir və bu, maşın sürücülərinin diqqətini yayındırır. 2. İstidə sürücülərin fikrini cəmləşdirmə əmsalı aşağı düşür, daha aqressiv olur və maşın üzərində hökmranlığını itirirlər 3. Yayda sürücülər mobil telefonla daha çox danışır. Bu zamansa beyindəki aktiv nöqtələr öz ayıq-sayıqlığını 29% itirir və bu, yol qəzalarına səbəb olur.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir