yalan

Keçmişdə yalançını belə MÜƏYYƏN EDİRDİLƏR: Eşşək, xoruz… – ağlagəlməz METODLAR

Baxış sayı: 1. 475

Artıq çox qədimdən insanlar başa düşürdülər ki, yalançı ifşa olunmasından qorxaraq özünü biruzə verə bilər: ürək çırpıntısıyla, nahamar nəfəsi ilə və s. Zaman keçdikcə texnika təkmilləşdi. Elm daha da inkişaf etdikcə yalanın ifşası üçün orijinal üsullar yarandı.

“Gencaile.az” “Publika.az”-a istinadən müxtəlif zamanlarda yalanın necə ifşa olunması ilə bağlı yazını təqdim edir.

 

Keçmişdə yalanın ifşa üsulları

Qədimdə oğruların tutulması üçün adi uzunqulaqdan istifadə edirdilər. Heyvanı solğun işıqlandırılmış otaqda bağlayırdılar və quyruğuna boya çəkirdilər. Ehtimal olunan cinayətkarlar uzunqulaq çığırmasın deyə onu sığallamağı düşünürdülər. Nəticədə əllər onları qələmə verirdi.

Ослиный хвост – самый верный способ детекции лжи./Фото: 68.media.tumblr.com

Qədim Rusiyada xalq yalanın təyini üçün, ən az bunun qədər qəribə üsul seçirdi. Onlardan biri bu idi ki, qaranlıq tövləyə qara xoruz salırdılar. Xoruzun üstünə əzilmiş kömür qırıntıları tökərək, onu səbətə qoyurdular. Uzunqulaq analogiyası ilə cinayətkarların əlləri onları ifşa edirdi. Həmin metod Madaqasqarda da geniş yayılmışdı, sadəcə orada quşu əvvəlcədən öldürürdülər.

Для эксперимента использовали только черных петухов./Фото: img-fotki.yandex.ru

Qədim Çində yalan danışanları ayırd etmək üçün təkcə psixi amillərə deyil, həm də onların fiziologiyalarına diqqət edirdilər. Düyü unu ilə olan metod ən səmərəli üsul sayılırdı. Unu şübhəlinin ağzına qoyurdular ki, əgər bir müddət sonra un quru qalardısa, həmin adamı yalançı və ifşa edilmiş hesab edirdilər.

Древний способ детекции лжи./Фото: /ic.pics.livejournal.com

İspanlar da oxşar üsul icad etmişdi. Ağzına bir tikə çörək qoyurdular ki, şübhəli onu xüsusi səy göstərmədən yeməli idi. “Çörək dilimi ilə məhkəmə”ni digər ölkələrdə də istifadə edirdilər, sadəcə yanına pendir də qoyurdular, xüsusilə bu, Orta Əsr İngiltərəsində daha geniş yayılmışdı.

Yaxın Şərqin sakinləri yalanın ifşa olunması üçün şübhəli şəxsdə nəbzin dəyişərək vurmasından istifadə edirdilər. Həkim Avisennanın üsulu əsasən qadın vəfasızlığının ifşası üçün nəzərdə tutulmuşdu. Xüsusi adam arteriyalarda barmağını saxlayırdı və şübhəliyə bir sıra suallar verilirdi. Eksperiment zamanı hətta nəbzin kiçik tərəddüdləri də nəzərə alınırdı.

Yalanın müəyyən olunması üçün polis üsulu

Güc strukturlarının əməkdaşları və ekspertləri hesab edir ki, əl-qol hərəkətləri, eyni zamanda bədən dili yalan ifadələri demək olar ki, səhvsiz göstərir.

Həqiqəti gizlətmək cəhdlərində olan şübhəlinin jestləri bir qədər aqressiv olur, əllərini opponentə tərəf hərəkət etdirməyə başlayır. Yalançı əllərini daha çox üzünə toxundurur, nəinki qarın və döş qəfəsinə. Gözlərin üz-üzə gəlməsindən yayınmağa çalışır, qulağını qaşımağa üstünlük verir. İfrat diskomfort hissi və həyəcan nəticəsində yalançı özü də hiss etmədən stoldakı əşyaların yerini dəyişməklə məşğul olur.

Жесты при ложных показаниях./Фото: www.worldmagik.ru

Peşəkarlar ən xırda nüanslara, emosional tərəddüdlərə də diqqət yetirirlər. Yalançının reaksiyasının təzahürü normal şəxsdən bir neçə saniyə geri qalır. Bu zaman emosiya həmişəkindən fərqli olaraq bir qədər gecikir. Danışıq mimikayla düz mütənasib olmur. Fikirləri ifadə edərkən mimikalardakı xəsislik yalanın əlaməti hesab olunur. Belə ki, “növbətçi təbəssüm” zamanı gözlər yerində qalır, müsbət hissləri ifadə etmir. Təbii ki, bu incə nüansları ayırd etmək üçün əsl insan sərrafı olmalısan.

Полицейский допрос./Фото: ic.pics.livejournal.com

Hadisəni törədən şəxs ona verilən sualı qismən təkrarlamağa çalışır, bu zaman cümlədəki bütün əvəzlikləri yeyir. Şübhəlini ifşa etmək üçün dindirmə zamanı öncə işə dəxli olmayan məsələlərdən suallar verilir. Bu, ardınca gələcək hadisə ilə bağlı suallarla müqayisədə jestlərin, mimikaların və qarşılıqlı reaksiyaların dəyişikliyini izləməyə imkan verir.

Müasir yalan detektoru necə işləyir?

Детектор лжи./Фото: cdn2.hubspot.net

Hidrosfiqmometr – yalanı ifşa etmək üçün ilk cihazı italiyalı kriminalist Çezare Lombrozo ixtira edib. Hələ 1890-ci illərdə onun köməyilə dindirmə zamanı qan təzyiqini ölçürdülər. Kriminalist şübhəliyə müxtəlif fotolar göstərir, hansı ki, onların içərisində məhz cinayətlə bağlı olan foto da yer alır. Bu zaman növbə cinayətlə bağlı olan fotoya çatanda qan dövriyyəsinin necə dəyişməsi qeydə alınırdı.

Один из первых полиграфов./Фото: detectorsfo.com

Daha müasir cihazlar 1920-ci illərdə yaranıb ki, Con Larsonun ixtirası, tənəffüs və nəbz təzyiqini də qeydə ala bilirdilər. Əlavə ötürücülər yalançını dəqiqliklə müəyyənləşdirməyə kömək ediridi.

Müasir yalan detektorları isə artıq əlliyə qədər fizioloji parametrləri özündə cəmləşdirir. Bədənin müxtəlif hissələrinə təhkim olunmuş xüsusi ötürücülər, ən xırda tərəddüdləri belə qeydə alır.

Современный детектор./Фото: 08.od.ua

Naqolay sual kapilyar genişləndirilməsinə gətirib çıxarır. Eyni zamanda insan yalan danışarkən səs qovşaqlarının vəziyyəti dəyişir və bu insan qulağının duymayacağı qədər zərif dəyişiklikdir. Lakin müasir cihazdan heç nə yayınmır. İradə ilə bu cür proseslərə nəzarət etmək mümkün deyil, ona görə də, yalançını ifşa edərkən poliqrafın səhv etmə ehtimalı sıfıra bərabərdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir