Kefir ve qarabasaq

Kefir və qarabaşaq ununun qarışığı orqanizmə necə təsir edir?

Baxış sayı: 1. 424

İnsan orqanizmi bütün mövcudluğu dövründə ətraf mühitin təsirinə məruz qalır və bu təsirlər nəticəsində orqanizmə toksinlər, şlaklar, viruslar, infeksiyalar və zərərli maddələr yığılır.

Həmçinin düzgün qidalanmadıqda da orqanizm ona lazım olmayan maddələrlə yüklənir və son nəticədə orqanların fəaliyyətində problemlər yaranır. Buna görə də orqanizmin vaxtaşırı təmizlənməsi sağlamlıq üçün profilaktik tədbir kimi olduqca vacib şərtlərdən biridir.

Bu üsulla orqanizmin təmizlənməsi prosedurunu həyata keçirmək üçün kefir və qarabaşaq unundan istifadə olunur.

Bir xörək qaşığı qarabaşaq yarması un halına düşənə qədər üyüdülür, yağlılıq dərəcəsi az olan kefirə əlavə olunaraq qarışdırılır. Bu qarışığı axşamlar hazırlamaq və bütün gecəni soyuducuda saxlamaq lazımdır. Səhərlər acqarnına yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.Qəbul etdikdən əvvəl qarışığı bir qədər isindirilməlidir.

Kursun müddəti 14 gündür. Daha effektli nəticə əldə etmək üçün bir ay fasilə verdikdən sonra kursu təkrar etmək tövsiyə edilir.

Kefir və qarabaşaq ununun qarışığı orqanizmə necə təsir edir?

1. Bağırsaq və damarlar zərərli maddələrdən təmizlənir

2. Maddələr mübadiləsi ilə bağlı problemlər aradan qalxır

3. Mədəaltı vəzin fəaliyyəti yaxşılaşır

4. Qanda şəkərin miqdarı normallaşır

5. Qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir

6. Piylənməyə qarşı mübarizə aparır

7. Orqanizmin vaxtsız qocalma prosesini ləngidir

Bu vasitə artıq çəkidən qurtulmaq, arıqlamaq istəyənlər üçün unikal bir vasitədir.

Göründüyü kimi kefir və qarabaşaq ununun qarışığını hazırlamaq və tətbiq etmək çox asan, sadə, hər kəs üçün əlçatandır. Ən baçlıcası isə onun heç bir əks göstəricisi yoxdur. Sadəcə ildə bir neçə kurs qəbul edib orqanizmin üzləşəcəyi problemlərin qarşısını vaxtında almaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir