ketçup

Ketçupun sağlamlığa hansı faydaları var imiş

Baxış sayı: 2. 494

Az kalorilidir. Daima formada qalmaq istəyənlər yeməklərdə ədviyyat kimi ketçup istifadə etsə, faydasını görəcəklər. Çünki 1 qaşıq ketçup sadəcə 15, ya da daha az kaloridən ibarət olur. Halbuki digər ədviyyatlar, məsələn, mayonezi gündəlik olaraq yesəniz, bir həftə ərzində 1.190 kalori əldə etmiş olarsız.  Yeməyə ketçup əlavə edərkən yeməyin ölçüsünə də fikir verin.

Yağ tərkibi azdır. Demək olar ki, heç yağdan ibarət deyil. Ketçup bu faydası ilə yeməkləri ürək-damar xəstəliklərinə səbəb olan  doymuş yağlardan azad edir. 1 qaşıq mayonez 11 qram yağdan ibarət oduğu halda ketçup bundan daha az miqdara malik olur.

Az karbohidrat tərkiblidir. Hər qaşıq ketçupda 4 qramdan az karbohidrat var. Az karbohidratlı pəhrizlər üçün daha uyğundur. Tərkibindəki karbohidrat qida dəyəri aşağı olan şəkərdən hazırlanır.

Likopenlə zəngindir. Bu, ketçupun üstünlüyüdür. Likopen bədən hüceyrələrinizi kimyəvi zədələnmədən qoruyan antioksidantdır. Likopen döş, mədə, ağciyər, prostat kimi xərçəng növlərinin qarşısını alan sağlam xolesterolu artırır.

Vitamin A ilə zəngindir. Göz sağlamlığı ilə birbaşa əlaqələndirilən A vitamini eyni zamanda dəri quruluşu, membran, diş və sümük sağlamlığı üçün faydalıdır. /ailem.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir