makiyaj

Keyfiyyətli tərzə sahib olmaq üçün nələrə qənaət etməməliyik?

Baxış sayı: 1. 785

Demək olar ki, çoxumuzun yaxşı geyinməkdən, dəbi izləməkdən və tərzli görünməkdən xoşu gəlir. Amma bütün bunları etməyə büdcəmiz imkan vermir. Buna görə də, dəbi izləmək və hər zaman “trendy” olmaq üçün bəzən cibimizə uyğun məhsullara üstünlük veririk. Lakin istifadə etdiyimiz bəzi əşyalarımız var ki onları alarkən qənaət haqqında düşünməməliyik. Sağlamlığınıza zərər verən məhsullardan qaçmalı və daha keyfiyyətli tərzə sahib olmaq üçün qənaət eməməli olduğunuz məhsulları sizin üçün seçdik.

Ayaqqabılar

Ayaqlarımızın sağlamlığı çox vacibdir. Buna görə də ayaqlarımızı əmanət etdiyimiz ayaqqabılarımızı seçərkən daha keyfiyyətli məhsullara üstünlük verməliyik. Ucuz ayaqqabılar keyfiyyətsiz xammaldan hazırlandığı üçün ayaqlarınız havasız qala bilər, ağrıya və sağlamlığınıza zərər verə bilər. Buna görə də, ayaqqabılar qənaət etməməli olduğunuz moda məhsulları arasında ilk sıradadır.

Alt paltarı

Bütün günü üzərimizdə daşıdığımız və bədənimizin daha yaxından təmasda olduğu alt paltarlarımızı da seçərkən ən yaxşısına üstünlük verməliyik. Çünki bədənimiz yaxşı nəfəs almalı, dərimiz sağlam olmalıdır. Alt paltarları seçərkən pambıq ya da ipək kimi təbii məhsullardan hazırlanmış olanlarına üstünlük verin.

Palto

Ən az ayaqqabılar qədər, paltolar da qışda vacib qoruyucularımızdandır. Soyuq havalardan pis təsirlənməmək və qış ayları boyunca şıqlığımızdan da imtina etməmək üçün yaxşı palto seçməliyik. Bu cür geyimlər uzun illər yaxşı qaldığı üçün ən keyfiyyətlisini almağa dəyər.

Günəş eynəyi

Gözlərimizin də sağlamlığı bizə çox lazımlıdır. Sadəcə şıq görüntü üçün ucuz qiymətə alınan eynəklər gözə pis təsir edir. Günəş eynəyi də alərkən keyfiyyətə üstünlük verin. Çalışın ultrabənövşəyi şüalardan qoruma xüsusiyyəti olsun. Brendlər əvəzinə, sırf eynək istehsal edən markalara üstünlük verin.

Makiyaj məhsulları

Makiyaj məhsulları birbaşa dərimizlə təmasda olduğu üçün bu barədə qənaətdən söhbət gedə bilməz. Makiyaj məhsulları alərkən üzərini yaxşı oxuyun, tanıyıb, güvəndiyiniz brendlərdən alış-veriş edin. Çox ucuz olan məhsullardan isə uzaq durun.

Zamansız parçalar

Qara pencək, ağ köynək ya da nude çalarlı dabanlı ayaqqabılar… Bunların hamısı illər keçsə də, heç vaxtda dəbdən düşmür. Əgər qarderobunuzda belə parçalar yoxdursa, mütləq bu parçalara yatırım edin. Həm də, illərlə qarderobunuzda sizə xidmət edəcək bu əşyaların ən keyfiyyətlisini alın. Çanta ya da bəzək əşyaları alarkən də keyfiyyətə üstünlük verin. (Foxy.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir