2017

Kiçik büdcə ilə yeni ili necə keçirmək olar?

Baxış sayı: 1. 405

Yeni il yaxınlaşdıqca onu necə?, harda? keçirəcəm kimi fikirlər bizi düşündürməyə başlayır. Təbii ki, hər kəs bu bayramı eyni qeyd etmir. Hərə yorğanına görə ayağını uzadır. Amma əylənmək isə hamının haqqıdır. Düşünürsən ki, buna çox pul gərəkdir? Xeyr, bu, heç də belə deyil. Az büdcə ilə də əyləncəli Yeni il bayramı keçirə bilərsən.

Öz party-ndə ev sahibi ol

Yeni ili hansısa party-də qeyd etmək istəyirsən amma büdcən buna imkan vermir? Pis olmağa dəyməz! Özün öz party-ni təşkil et. Bu zaman sən büdcəyə və istəyinə nəzarət edəcəksən. Ağlabatan, uyğun büdcə ilə bayramı lüks şəkildə olmasa da əyləncəli şəkildə qeyd edə biləcəksən. Rəfiqələrini də dəvət edə bilərsən və onlar da party-ini təşkil etməkdə sənə kiçik köməklik edə bilərlər. Özünüz üçün stolüstü oyunlar fikirləşə, evdə karaoke təşkil edə bilərsiniz. Bahalı şampan şərabı əvəzinə isə faydalı meyvə suallarına üstünlük verə bilərsən.

Küçədə keçirilən tədbirlərdə əylən

Yeni il ərəfəsi və gecəsində şəhərimizdə canlılıq olur. Demək olar ki, hər yerdən bayram “qoxusu” gəlir. Sən bayram gecəsini evdə keçirmək istəmirsən sə büdcən də çöldə qarşılamağa imkan vermirsə üz tut küçədə keçirilən tədbirlərə. Canlı musiqi, əyləncə, yarmarka bir anlığa səni ənənəvi problemlərindən uzaqlaşıb insanlar, işıqlar arasında bayramı, yeni ilin gəlişini hiss edəcəksən. Sadəcə havaya uyğun geyinmək və kiçik büdcə buna bəs edir. “Soyuq əllər, isti ürək” yarmarkasına yollana bilərsən.

Yeni ili piknikdə qeyd et

Əyləncəli, fərqli və şəhərin səs-küyündən kənarda təbiətdə bayramı qeyd etmək üçün bundan daha yaxşı və sərfəli fikir ola bilməz. Rəfiqələrini və yaxınlarını topla, evdə piknik üçün yemək üçün nəsə hazırla, səbətə yığ və şəhərdən kənar yaxın bir yerə yollanın. Həm bayramı qeyd et, həm təmiz hava qəbul et, həm də az pul xərcləyərək yadda qalacaq yeni ilin olsun.

Yeni ildə səyahət

Bayramı fərqli bir yerdə qeyd etmək  həzzvericidir. Amma deyə bilərsən ki, kiçik büdcə ilə necə bunu etmək olar ki? Çox asanlıqla! Elə indi başla yeni ildə olacaq turları araşdır. Və ya saytımızı izləməyə davam elə. Yaxın günlərdə bu haqda yazımız olacaq. Fərq etməz- ölkə daxili və ölkə xarici. Avtobus, qatar – bunun da heç bir fərqi yoxdur. Əsas odur ki, yeni ili əyləncəli, problemlərdən uzaq, fərqli məkanda və kiçik büdcə ilə qeyd edə biləsən.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir