yeni il

Kilsə zəngləri, sarı alt paltarı: Yeni ili kim necə qarşılayır?

Baxış sayı: 1. 620

Yeni ili qarşılamağımıza cəmi iki gün qalıb. Yəqin ki, çoxu ailəsi, yaxınları, dostları Yeni ili qarşılamaq üçün evdən kənarda və həmişəkindən daha fərqli bir yer axtarır. Bəs Yeni ili harada qarşılasaq bütün ömrümüz boyu onun xatirələrini danışarıq?

Yeni ili dünyanın müxtəlif yerlərində, müxtəlif adətlərə uyğun qarşılayırlar.

Gələn ili qeyri-adi, fərqli, həm də sakit qarşılamaq üçün Marokkoya səfər etmək kifayətdir. Burada bütün qayğı və problemlərdən uzaq olmaqla yanaşı ətrafınızda yalnız göz işlədikcə uzanan səhra və qum görəcəksiniz.

Əgər siz Yeni ili daha səs-küylü yerdə qarşılamaq istəyirsinizsə, Şotlandiyanı seçə bilərsiniz. Edinburq şəhərində qədim ənənəyə uyğun Yeni il keçirilir. Həmin gün Şotlandiyada alkoqollu içkilər içmək qadağandır. Burada gecə şənlikləri səhər saat 6-ya qədər davam edir. Bütün gecəni səhər küçələrdə oxuya, əylənə bilərsiniz.

Dünyada Yeni ilin qəribə formada qarşılandığı ölkələrdən biri də Venesuelladır. Dünyanın hər yerində bu bayramda özəl yeməklər bişirilir, süfrə açılır, bir–birinə qonaq gedirlərsə, venesuelalıların özəlliyi isə bu gün sarı rəngdə alt paltarı geyinmələridir. Bu onunla əlaqələndiilir ki, sarı rəng zənginlik rəmzidir. Onlar bu ənənənin uğur gətirəcəyinə inanırlar.

Yeni ili daha möcüzəli bir yerdə keçirmək arzusunda olanlar Qoa şəhərində gedə bilərlər. Bu Hindistanın ən kiçik ştatıdır. Qoada Yeni il insana füsunkar təbiəti və gözəlliyi ilə nağıllar aləmini xatırladır.

Yeni il qeyd etmək üçün ən isti yer isə, əlbəttə ki, Sakit Okeanda yerləşən kiçik Guam adasıdır. planetin bu ucqar küncündə yanvar ayında belə temperatur 80 dərəcəyə qədər isti olur. Ona görə də bura Yeni ili qarşılamağa gələnlərin ən əsas məşğuliyyəti üzmək və günəş qəbul etməkdir.

Dünyanın Yeni ildə ən maraqlı ölkələrindən biri də Yaponiyadır. Bu ölkədə Yeni ili kilsə zəngləri ilə qarşılamaq kimi qəribə bir ənənə var. Həm də kiçik deyil, böyük və gurultulu zənglərlə. Yeni ildə hər bir yapon məbədində orta hesabla 108 dəfə zəng çalınır. Bir anlıq təsəvvür edin ki, minlərlə kilsə zəngi bir-birinə qarışır.

Əgər yeni ili ürəyinizcə qarşılaya bilməmisinizsə, o zaman Çinə gedin. Çünki bu ölkədə Yeni il fevralın 14-dən başlanır və 15 gün davam edir. Bu müddət ərzində bütün Çin qırmızı fənərlərə bürünür. Küçələrdə qırmızı işıqlı lampalar quraşdırılır. Hər bir çinli ailəsində banket keçirilir və bayram günü hərə qırmızı rəngdə bir geyim seçərək onu 15 gün ərzində geyinir.

Braziliyada da Yeni il tamam fərqlidir. Burada 4 kilometrlik Kopablankada (Rio-de-Janeyro) ənənəvi yeni il karnavalı hazırlanır. Braziliyada Yeni ili qarşılayanlar heç zaman peşman olmazlar.

Əgər siz atəşfəşanlıq vurğunusuzsa, o zaman Avsraliyaya üz tutun. Avsraliyalılar planetdə Yeni ili ilk qarşılayan xalqdırlar. Bayram günü bütün ölkədə atəşfəşanlıq və maraqlı salyutlar görmək mümkündür.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir