verese

Kimlər vərəsə ola bilər?

Baxış sayı: 780

Hər hansı şəxsin dünyasını dəyişdikdən sonra onun övladları, və ya digər yaxın qohumları arasında miras bölgüsü ilə bağlı mübahisələr yarana bilər. Mülki Məcəlləyə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir.

Vərəsəlik hüququ və şərtləri - Kimlər mirasdan pay ala bilər?

Qanun üzrə vərəsəlik

• Əgər miras qoyan şəxs vəsiyyətnamə tərtib etməmişsə, o, öldükdən sonra miras qalan əmlakın bölgüsü qanun üzrə vərəsəlik qaydasında həll olunur.

• Qanun üzrə vərəsəlik zamanı

• birinci növbədə ölənin uşaqları, ər və ya arvad, valideynlər, həmçinin övladlığa götürülənlər;

• ikinci növbədə – ölənin bacıları və qardaşları.

• üçüncü növbədə – həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası.

• dördüncü növbədə – xalalar və bibilər, dayılar və əmilər.

• beşinci növbədə – xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar.

Əvvəlki növbənin vərəsələrindən heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

bosanma

Vəsiyyət üzrə vərəsəlik

Əgər şəxs vəfat etməmişdən əvvəl öz əmlakını vərəsələrə və ya kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edərsə, bu zaman şəxsin ölümündən sonra miras vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülür.

 

Vəsiyyətnamə

Vəsiyyətnaməni tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir, nümayəndə vasitəsilə tərtibinə yol verilmir və sadə yazılı və notarial təsdiq edilmiş formada tərtib edilə bilər.

Vəsiyyət üzrə vərəsəlik zamanı miras qoyan şəxs əmlakını kimə vəsiyyət etməsindən asılı olmayaraq, onun həyat yoldaşının, uşaqlarının və valideynlərinin mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı miqdarında olmalıdır.

Qeyd edək ki, həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəlik eyni anda yarana bilməz. Bu halda bu növ vərəsəlik qanun üzrə vərəsəlik adlandırılır




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir