gozellik

Kipriklər üçün mükəmməl tuşu necə seçmək lazımdır?

Baxış sayı: 1. 528

Mükəmməl kipriklər – uzun və sıx, yaxşı ayrılmış, qeyri-bərabər boyanmayan və lapa qalmayan kipriklərdir. Bütün bu keyfiyyətlərə nail olmaq üçün biz yaxşı tuş seçməliyik. Bəs belə tuş hansı kriteriyalara görə seçilir? Biz sizə mükəmməl tuş seçmək üçün hansı meyarlar lazımdır onları araşdırdıq və təqdim edirik.

1. Əsas vəzifə

Tuş alarkən ilk növbədə onun məqsədini müəyyən edin. Kiprikləri qalınlaşdıran, və həcm verən, onları daha qabarıq göstərən, qaldıran və bərabər hissələrə ayıran – bütün bu vəzifələri yerinə yetirən xüsusi məhsul yoxdur. Kimin ki, anadangəlmə kiprikləri “sözünəbaxan” deyil, bu cür xanımlar universal tuşlardan istifadə edə bilərlər.

2. Fırça

İstehsalçılar tuş üçün hələ ki, hər funksiyanı yerinə yetirən fərqli fırçalar istehsal etmirlər. Amma mövcud olan fırçaların hər biri fərqli kirpiklər və onların ehtiyacları üçün hazırlanıb. Belə ki, qısa və nazik kipriklər üçün qısa başlıqlı, geniş olmayan fırça daha uyğundur. Bu cür fırça ilə tuş göz ətrafında yayılmır və kiprikləri səliqə ilə qaldırır, həcmləndirir. Uzun və düz kipriklər üçün əyri başlıqlı fırça lazımdır ki, kiprikləri qatlaya bilsin. Qalın və qısa kipriklərə sahibsinizsə bu zaman aralı lifləri olan fırça seçin ki, kipriklərinizi uzadıb yaxşı ayırsın. Universal kiprikli xanımların isə işi asandır. Onlar klassik, konusvari fırçalı tuşlardan istifadə edə bilərlər.

3. Formula

İndiki tuşlar sadəcə dekorativ funksiya yerinə yetirmir. Onların formulası həm də faydalı maddələrlə kipriklərinizin qayğısına qalır. Məsələn, kipriklərin uzanmasına gənəgərçək yağı və pantenol yaxşı təsir edir. İpək zülalı və buğda kipriklərinizi gücləndirir, lanolin və A, E vitaminlərisə kövrəkliyin qarşısını almaq üçün faydalıdır.

4. Tərkibi

Tuş alarkən mütləq tuşun tərkibini oxuyun. Həddən artıq sulu tərkib kipriklərinizi bir-birinə yapışdıracaq və “hörümcək ayağı” təsiri bağışlayacaq. Həddən artıq qatı tərkibli tuşu isə kipriklərə çəkdikdən sonra pul-pul ovulub tökülür. Mükəmməl tərkibli tuş isə orta qatılıqda olan tuşdur.

5. Hipoallergik

Bu cür tuşu tətbiq etdikdə gözlərdə qızarma və qaşınma baş verir. Bunun qarşısını almaq üçün göz həkiminə getmək məsləhətlidir. Belə allergik hal baş verdikdə bilin ki, tuşun tərkibi zəifdir. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir