menzil

Kirayə mənzil bazarında son durum necədir? – EKSPERT YANAŞMASI

Baxış sayı: 865

“Hər il mövsümi aylarda kirayə mənzil bazarında bahalaşma baş verir”.

Bu sözləri əmlak üzrə ekspert Nüsrət İbrahimov deyir. Ekspert deyir ki, artım avqust ayından sentyabr ayının 15-dək davam edib.

“Təkcə avqust ayının yekununa görə kirayə mənzil bazarında 5.7 faiz bahalaşma oldu. Buna səbəb yeni dərs ilinin başlaması ilə əlaqədar digər şəhər və rayonlardan paytaxta gələn tələbələr oldu. Evlərə olan tələbatın artması, hər il olduğu kimi bu il də bahalaşma ilə nəticələndi.

Oktyabr ayından isə adətən kirayə mənzil bazarındakı qiymətlərdə stabilləşmə müşahidə edilir. Bunu ay sonunda daha dəqiq görəcəyik. Amma ötən illərdə həmişə belə olub, yəgin ki, bu dəfə də eyni hal təkrar olunacaq”.

N.İbrahimov əlavə edir ki, kirayə bazarı üçün mövsümi aylar əsasən mart, aprel, avqust və sentyabr ayları hesab edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir