Kirpik

Kirpikləri daha effektli göstərən hiylə

Baxış sayı: 518

Vazelin istənilən kosmetik vasitənin effektivliyini artırmağa kömək edən möcüzəvi məhsuldur.

Biləklərə və qulaq arxasına vazelin çəkdikdən sonra ətir sıxsanız, qalıcılığı artır. Onun köməyilə qaşlarınızı da qidalandıra bilərsiniz. Gözəllik blogerləri vazelinin kirpiklər üçün də faydalı olduğunu iddia edir.

Kirpiklərə tətbiq olunan vazelin laminasiya birləşmələri kimi fəaliyyət göstərir, tükləri daha uzun, daha düz və “idarə olunan” edir. Vazelinin üzərindən tuş çəksəniz, super həcm əldə edəcəksiniz və makiyajın davamlılığını artıracaqsınız. Odur ki, kirpiklərin sıx və uzun görünməsi üçün bahalı tuşa pul xərcləmək və ya süni kirpik taxmaq lazım deyil. Vazelin sizə istənilən effekti almağa kömək edəcək.

Bunun üçün məhsulu təmiz fırça ilə kirpiklərinizə sürtün, daha sonra kirpik qatlayandan istifadə etmək olar. Onların sayəsində məhsul daha yaxşı paylanır və maksimum uzunluq əldə etməyə imkan verir. Bir neçə dəqiqədən sonra tuşdan istifadə edə bilərsiniz. Yeri gəlmişkən, vazelin həm də kosmetik vasitələrin və hava faktorlarının mənfi təsirlərinin qarşısını alır. Beləliklə, vazelin kirpiklərin uzanmasını sürətləndirməyə kömək edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir