etir

Kişi ətirlərini necə düzgün istifadə etmək lazımdır?

Baxış sayı: 799

Ətir, ədekolon artıq gündəlik həyatımızın ayrılmaz hissəsidir. Amma heç də hamı bilmir ki, ətirin istifadəsinin öz xüsusiyyət və layfhakları var, buna görə də bir çox insan onu düzgün istifadə etmir. Sözsüz ki, bunun nəticələri avtomatdan istifadə edə bilməmək qədər ciddi deyik. Lakin onları bilmək heç kimə mane olmaz.

Ətiri necə vurmaq lazımdır:

1.Ətiri duş qəbul etdikdən sonra, təmiz bədənə vurmaq lazımdır.

2.Ətir flakonunu özündən 7-15 santimetr məsafədə aralı tut.

3. Ətiri bədəninin ən yüksəktemperaturlu hissələrinə vur: boyun, biləklər, dirsəklərin iç tərəfi. Qeyd edilən yerlərə 1-2 dəfə ətir vurmaq bəs edər.

Ətir istifadəsinə edilən ən populyar səhvlər

1) Ətiri paltara vurmaq. Parfüm gərək dəriyə otursun, başqa sözlə sənin təbii qoxunla qarışaraq unikal ətir yaratmalıdır.

2) Parfümü qırağa sıxaraq, yaranmış “dumanın” içindən keçmək. Bu adi israfdır, çünki belə etdikdə ətirin əksər hissəsi yerə hopur.

3) Ətiri quru bədənə sıxmaq. Quru dərinin üzərindən parfüm daha tez buxarlanır. Bunun qarşısını almaq üçün mütəxəssislər duş qəbulundan sonra nəmləşdirici losyondan istifadə etməyi məsləhət görür.

4) Bütün ili eyni parfümdən istifadə etmək. Yayda daha fərah (akvatik, meyvə, çiçək), qışda isə ağır (şərq, ənbər, dəri) ətirlərinə üstünlük ver, çünki parfüm tər ilə təmasa girir.

5) Həddindən artıq ətir vurmaq. Bəzi heyvanlarda qoxu özünümüdafiə vasitəsidir. İnsan isə onların sırasına daxil deyil. Buna görə də, ətir sənin ətrafında qovucu sahə yaratmamalıdır.

6) Ətiri hamam otağında saxlamaq. Parfümü ekstremal temperaturlardan qorumaq lazımdır. Bundan əlavə, saxlanıldığıyer qaranlıq olmalıdır. Çünki işıq parfümün içində məsləhətli olmayan reaksiyalara yol açır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir