kastyum 2

Kişi bığından hazırlanmış kostyum: inanmırsınız?

Baxış sayı: 592

Avstraliya istehsalı olan kişi qarderobu nümunəsi öz hazırlanma qaydasına görə o qədər unikal oldu ki, təqdimatdan dərhal sonra “Ginnesin Rekordlar Kitabı”nın səhifələrində göründü.

Qeyri-adi kostyumun müəllifləri fotoqraf Pamela Kliemann-Passi, “Bullfrog” kreativ agentliyi və məşhur kişi geyimləri markası “POLITIX”-dir.”

Joinfo.com” xəbər verir ki, bığdan tikilmiş pencək və şalvar bütün dünya ictimaiyyətinin diqqətini kişilərin sağlamlıq problemlərinə cəlb etmək üçün nəzərdə tutulub.

pencek

 

Dünyanın ilk “bığdan” kostyumu necə görünür?

İlk dəfə Avstraliyanın “The Today Show”proqramında nümayiş olunan unikal geyim indiyə qədər bu növdə yeganə olmaqla dünya rekordunu qırmaqla yanaşı, həm də “Spikes Asia Healthcare Gold” mükafatını qazanıb. Qeyri-adi kostyum üçün reklam şirkətinin şüarı “Eşidilmək üçün geyin”dir.

“Bığ kostyum”un yaradıcıları dünyanın müxtəlif ölkələrindən olan insanların xüsusi diqqətini kişi ölümünün ən çox yayılmış səbəblərinə – reproduktiv sistemin xərçənginə, eləcə də son vaxtlar intiharların sayının artmasına yönəltmək istəyiblər.

kastyum 1

Yaranma tarixi

Belə qeyri-adi qarderob əşyası yaratmaq rəssam və fotoqraf Pamela Kliemann-Passinin ideyasıdır. 2016-cı ildə o, prostat xərçəngi səbəbindən ərini itirdi. Şəxsi faciəsinin ardından Pamela saçdan paltar tikməyə başladı və bu yaxınlarda kişi bığından hazırlanmış eksperimental kostyum təqdim etdi.
Qeyd etmək lazımdır ki, ona bu unikal kostyumu hazırlamaq üçün fiziki və psixi sağlamlıq problemləri ilə üzləşən kişilər material bağışlayıblar.

Kostyumun müəllifləri bəşəriyyətin güclü nümayəndələrinə dəstək olmaq üçün astarına ruh yüksəkliyi yaratmaq məqsədilə məşhur kişilərdən mesajlar və sitatlar yazıblar.

kastyum

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir