QADINLAR

Kişilər hansı rəng dodaq boyasını bəyənir, hansından nifrət edirlər?

Baxış sayı: 1. 479

Makiyaj dedikdə kişilərin ağlına ilk öncə dodaq boyası gəlir. Çünki onlar makiyajın dodaq boyasından ibarət olduğunu düşünürlər. Yəni siz kölgəli göz makiyajınızla ona füsünkar görünməyə çalışarkən o yalnız dodaq boyanıza fokuslana bilər.

Bəs görəsən kişilər hansı rəng dodaq boyasını bəyənir, hansından nifrət edirlər? 

 

Qırmızı

Qırmızı rəng dodaq boyası kişilərdə cinsi hisslərin alovlanmasına səbəb olur. Kişilər qırmızı dodaq boyası çəkən bütün qadınların seksual olduqlarını düşünürlər. Bu dodaq boyasını çəkdikdə olduqca cazibədar gördükləri xanımı başqa bir makiyajda görüb bəyənməyə bilərlər.

Bu dodaq boyası daha çox dəvətlər üçün uyğundur. Gündəlik istifadə etdikdə qırmızının daha açıq və sönük çalarlarına üstünlük vermək lazımdır. Qırmızı dodaq boyası çəkərkən ona uyğun dodaq qələmindən istifadə etmək çox önəmldiir. Əks təqdirdə dodaq makiyajınız səliqəsiz alınacaq və gözəlliyinizə kölgə salacaq.

 

Çəhrayı

Kişilər qadın dodağında çəhrayı rəngi görməyi xoşlayırlar. Onlar bu rəngi bütün qadınlara yaraşdırırlar. Çəhrayının qadınlarda romantik ab-hava yaratması onların xoşuna gəlir.

Ancaq təbii ki, bu fikirlər açıq, gül qurusu çalarına yaxın tonlarda olan çəhrayılar üçün keçərlidir. Parlaq, çox diqqət çəkici çəhrayılar isə kişilərin elə də xoşlarına gəlmir. Onlar bu qadınları ciddi qəbul etmirlər. Hətta davamlı olaraq bu tip çəhrayı dodaq boyası çəkən qadının yüngül xasiyyətli olduğunu düşünənlərin sayı da kifayət qədərdir. Yenə də belə cəsarətli addım atmaqda qərarlısınızsa, mütləq geyiminizin sadə olmasına diqqət edin.

 

Zoğalı

Zoğalı rəng dodaq boyası da cəsur xanımların seçimidir. Kişilər bu rəngin bəzi qadınlara çox yaraşdığını düşünürlər. Əlbəttə ki, bu ağ dərili, qüsursuz üz cizgilərinə sahib olan qadınlardır.

 

Narıncı

Narıncı rəngdə dodaq boyası çəkmisinizsə, heç bir kişi sizin seksual və ya cazibədar olduğunuzu fikirləşməyəcək. Bu rəng dodaq boyası kişilərin fikrində ancaq bir şey canlandırır – bol-bol əyləncə. Bəli kişilər narıncı rəngdə dodaq boyası çəkən qadınların əyləncəli, gülməyi sevən, zarafatcıl olduqlarını düşünürlər.

 

Bej

Kişilər neytral çalarları sevmirlər. Onlar bej çalarlarında olan dodaq boyası çəkən qadını başa düşə bilmirlər. Siz tünd, diqqət çəkici göz makiyajınızı tamamlamaq üçün belə sadə bir rəngə üstünlük verə bilərsiniz. Ancaq kişilər üçün bej dodaqlarda mənasızlıq ifadə edir. Onlar dodağınızın təbii rəngini örtüb, ölü dodaqları kimi donuq və rəngsiz hala salmağınıza heç bir məna verə bilmirlər. Kişilər bu rəngli dodaq boyası çəkən qadınlardan uzaq dururlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir