pamada

Kişilər qırmızı pomada çəkən qadınla niyə öpüşmək istəmirlər?

Baxış sayı: 1. 347

Sevgilinizlə baş-başa möhtəşəm gecə keçirmək, onun qarşısında heç vaxt olmadığınız qədər seksual görünmək istəyirsinizsə, bəzi detallara fikir verməlisiniz. Geyimi və makiyajı qabartsanız, cazibədar deyil, gülməli və acınacaqlı hala düşə bilərsiniz. Zövqlər müxtəlif olsa da, kişilərin bu barədə ortaq fikirləri var. Demək olar ki, hamısı eyni fikirdədir. Bəs kişilər nələri seksual hesab etmir?

Qırmızı dodaq boyasını sevməyən qadın yoxdur. ancaq sevgilinizlə ehtiraslı bir gecə keçirmək istəyirsinizsə, qıpqırmızı dodaqlarla qarşısına çıxmayın. Mərasim, toylar və başqa gecələrdə qırmızı pomada əla seçim olsa da, öpüşmək üçün heç də uğurlu rəng deyil…

Təkcə qırmızı pomada deyil, şit makiyaj da etmək olmaz. Qadınlar parıltılı və ağır makiyajla cazibədar və çəkici olduğunu düşünsə də, kişilər bunun əksini söyləyir. Onlar təbiiliyə üstünlük verirlər. Makiyajı sadəcə qüsurları örtəcək qədər edin.

pamada

Onun bütün ehtirasını söndürmək istəmirsinizsə, qarşısına heç vaxt alt paltarsız çıxmayın. Belə gecələr üçün gipürlü, krujevalı, bərbəzəkli alt paltarı geyinin. Çünki kişilər qadının alt paltarlarını soyundurmaqdan xüsusi zövq alırlar.

Qadınlar üçün seksuallığın simvollarından biri də üstü şəkilli, naxışlı nazik corabladır. Siz hər nə qədər seksual olduğunu iddia eləsəniz də, kişilər əksini düşünür. Onların fikrincə, bu corablar qadını ucuzlaşdırır. Şahzadələr kimi geyinib, səhnə ulduzları kimi bəzənməyin.

Kişilər təbii gözəlliyi ilə onları başdan çıxaran qadınları xoşlayır. Az makiyaj, zövqlə seçilmiş paltarlar, ən əsası təbəssüm və səmimiyyət hər bir kişini başdan çıxarmağa bəs edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir