KISI-QADIN

Kişilər tərəfindən necə anlaşıla bilərik? – QADINLARIN MENYUSUNA

Baxış sayı: 158

Çox güman ki, hər birimiz kişilər haqqında “Nə desəm də, məni anlamır”, “Hər şeyi səhv başa düşür” kimi ifadələrlə şikayətlənirik. Bu səbəbdən də, bu problemi aradan qaldrımaq üçün bir-neçə məqama toxunmaq istəyirəm.

Kişilər qadınlardan fərqli olaraq, eyni anda bir neçə hadisəyə diqqət yetirə bilmirlər. Misal üçün, əgər televizor izləyirlərsə, kənarda oynayan uşağı görməkdə çətinlik çəkirlər. Bu səbəbdən də, fikrini toplayana və diqqətini yalnız sizə ayırmayana qədər danışmağa üstünlük verməyin.

qadin-kisi

Emosiyalardan deyil, baş verən hadisələrdən danışın. Qadınlar daha çox öz duyğu və hiss etdiklərini çatdırmaq istəyirlər, lakin kişilər bunu anlamaqda çətinlik çəkirlər. Ona görə də aydın və qısa şəkildə baş verən hadisəni, yaxud demək istədiyiniz məsələni çatdırın.

Misal, yaxud ədəbi müqaisələrdən uzaq olmağa üstünlük verin. Kişilər bunu sevmir və anlamır. Rahat bir formada istəyinizi və xahişinizi bildirin.

“Heç vaxt”, “Heç kim”, “Həmişə” kimi konflikt yaradıcı sözlərdən istifadə etməyin, çünki bunlar psixoloji təzyiq göstərərək, ailədaxili münaqişələrə səbəb olur.

QADIN-KISI

Çalışın ünsiyyət zamanı hansısa cütlükləri misal gətirməyin, bu münasibətinizdən narazı olduğunuza işarədir. Belə olduğu halda, qarşı tərəf yaranan problemi aradan qaldrımaq əvəzinə, sizin narazı olduğunuzu düşünərək, daha da uzaqlaşmağa və “Sevirsə məni olduğum kimi qəbul etməlidir” düşüncəsinə qapanır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir