kisi

Kişilər üçün ixtira edilən, amma qadın qarderobuna daxil olan 5 əşya

Baxış sayı: 717

Uşaq vaxtı kolqotka üzərinə şortik geymək sizə nəsib olub Olmayıbsa, deməli xoşbəxtsiniz, çünki Sövet dövrünü görmüş bir çox uşaq bu dəhşətdən keçib. Amma üzülməyin, çünki keçmişdə kişilər bundan da əcaib şeylər geyinib.

Maraqlıdır, lakin günümüzdə qadınlara şamil edilən bir çox aksesuar keçmişdə məhz kişilər üçün ixtira edilib. Modanın özünəməxsus ironiya hissi var.

Həmçinin bu əşyaların bir çoxu rahat deyil. Amma kişilərdən fərqli olaraq qadınlar gözəl görünmək üçün bir çox əziyyətə qatlanmağa hazırdırlar.

Sizə bu qəbildən bir sıra əşyanı təqdim edirik.

 

1.Qarmaqvari düymələr

Bəli, söhbət qadın məmədanının arxasında yerləşən əziyyətli qarmaqlardan gedir.

İnanmayacaqsınız, lakin onları məşhur yazıçı Mark Tven ixtira edib. O bunların vasitəsi ilə rezin dartmaları kişi şalvarına bərkidməyi təklif edib. Amma kişiləri bu üsul məmnun etməyib.

Sözügedən qarmaqlar qadınlar üçün korset hazırlayan ustaların xoşuna gəlib. Zaman keçdikdcə həmin qarmaqlar korsetlərdən məmədanlara köçür.

 

2. Hündür daban

İlk dəfə uzun dabanları X-cu əsrdə Şərq süvarilər geyməyə başlayıb. Bu cür çəkmələr at üstündə rahat oturmağa və eyni zamanda ox atmağa imkan verirdi.

XVII-ci əsrdə isə bu dəb Fransaya gəlir. XIV-cü Lui zamanında burada kişilər hündür görünmək üçün uzun dabanlı ayaqqabılar geyinirdi.

Maraqlıdır ki, qadınlar uzun daban ayaqqabıları hündür görünmək məqsədi ilə gemirdilər. Onların fikrincə bu cür ayaqqabılar sadəcə ayağı daha miniatür göstərir.

 

3. Çantalar

Anladığınız kimi, qadın aksesuarının ayrılmaz hissəsi olan miniatür çantalar kişilər üçün hazırlanıb. Orta əsrlərdə kişilərin cibləri məhz belə idi.

Çantalar kəmərə bərkidilirdi. Onun içinə açarları, pulları və digər şeyləri qoyurdular.

 

4.Strinqlər

Cinsiyyət orqanlarını öndən örtən, lakin arxada tərəfi olmayan bir tuman təsəvvür et. 42 000 əvvəl Afrikada kişilər məhz belə tuman geyirdi.

Sonra isə bu geyim Qədim Misirdə və Yunanıstanda peyda olur. Hər yerdə də kişi geyimi kimi gedirdi. Onlar məşq və ağır iş zamanı kişilərin cinsiyyət orqanlarını fiksə etmək üçün istifadə edilirdi.

Orta əsrlərdə bu geyim unudulur. Lakin 1939-cu ildə strinqlər yenə insanların yadına düşür. Amma bu dəfə onları qadınlar geyməyə başlayır.

 

5. Birdəfəlik intim gigiyena vasitələri

Hətta bu! İlk dəfə nəmi hopduran sellüloz tamponlar Birinci dünya Müharibəsi zamanı yaralanmış əsgərlərin yarasını sarımaq üçün hazırlanmışdı. Onları həmçinin təhlükəli qazlardan qorunmaq üçün istifadə edirdilər.

Amma tibb bacıları qısa zamanda bu hopucu tamponların onlar üçün nə qədər lazımlı olduğunu anlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir