FILM

Kişiləri belə kövrəldəcək dramlar

Baxış sayı: 1. 234

Kişilər ağlamır stereotipinin yıxılacağı anı görmək istəyirsiniz, xanımlar? Güclü cins nümayəndələrini bu filmlərə baxmağa dəvət edin:

 

Hachi: A Dog’s Tale

Film real hadisələr əsasında çəkilmişdir. Bir gün işdən qayıdarkən, professor Parker Wilson stansiyada balaca bir itlə rastlaşır. Həmin andan etibarən onlar arasında bağlılıq yaranır. Uzun illər davam edən dostluğu ölüm belə poza bilmir. Ən soyuqqanlı insanlar belə bu hekayəyə quru gözlərlə baxa bilmir.

Knockin’ on Heaven’s Door

Film müalicəyə tabe olmayan xəstəliyə düçar iki xəstə haqqındadır. Yox, Martin və Rudi son günlərini yataqda keçirmək niyyətində deyil. Onlar sayılı günlərini bütün bir ömürə sığmayacaq qədər əyləncəli keçirir.

The Boy in the Striped Pajamas

Hadisələr İkinci Dünya Müharibəsi dövründə baş verir. Qəhrəmanlar və eyni zamanda qurbanlar heç nədən xəbəri olmayan uşaqlardır. Biri Konsentrasiya düşərgəsinin komandirinin oğlu digəri isə yəhudi əsir. Hadisələr elə bir qarışır ki, sonda göz yaşlarını saxlamaq mümkün deyil.

My Name Is Khan

Bəli, hind filmidir. Amma yalnız musiqi və rəqslərdən ibarət deyil. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra həyat yoldaşı tərəfindən tərk edilən sindrom xəstəsi Xan Amerikaya səyahət edir. O müsəlmandır və günahsız olduğunu sübut etmək istəyir.

La vita è bella

İkinci Dünya Müharibəsi dövründə Qvido az yaşlı oğlu ilə birlikdə əsir düşərgəsinə düşür. Oğlunu qorxutmamaq üçün yəhudi ata hər şeyin bir oyun olduğunu və həç kəsin gözünə görünmədiyi, hər kəsdən gizləndiyi halda ona həqiqi bir tank hədiyyə olunacağını deyir. Atasının dediklərinə inanan balaca, sonda hədiyyəsini qazanır..

Seven Pounds

Tim Tomos qəza törətmiş və sevdiyi qadın ilə birlikdə 7 nəfərin ölümünə səbəb olmuşdur. Vicdanını susdurmaq üçün o orqanlarını bağışlayaraq 7 nəfərin həyatını xilas etməyə qərar verir. Və bir gün onun həyatına Emili daxil olur..

Dancer in the Dark

Əfsanəvi müğənni Björkun baş rol aldığı bu film, görmə qabiliyyətini itirmək üzrə olmasına baxmayaraq, övladını müalicə etmək üçün işləyən ana haqqındadır. Filmdəki bütün musiqilər Björka məxsusdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir